Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
115 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Şəklimi ChatGPT-yə yüklədim və dedim: məni Martin İden kimi təsvir et... Və nəticə? Bir roman qəhrəmanı kimi yenidən doğuldum.
Reklam
Deyir, elə yaşayın ki, elə ölün ki, sizin məzarınız sizi öldürənlərin həyatından daha canlı olsun...
İllər ötüb... birdən görür şəklini, Baxır — içində bir imperiya çökür sanki... Bir ulduz batır səssizcə qara dəliyə, Bir gülün ləçəklərinə toxunur ölüm yavaşca. Bu, o qadın deyil... adı qalıb, özü yox, Tozlanıb bu hekayə, sükutlu tarix kitablarında, Kainatın boşluğunda, bir uşaq məzarında... Bir zaman dua kimi andığı baxış — yad indi. Yaz yağışına bənzər oğlan ürəyi Çat verib içində sevgisizlikdən, Sanki bir daş indi — soyuq, səssiz... Şəkildəki qadın... xatirələrin üzünə Əbədilik bağlanmış bir qapıdır elə bil. Bu mənzərə... sanki ayrılığın Gecə-gündüz eylədiyi uzun ahıdı. Qadın xoşbəxt... adam unudub acısını, Qiyamət qopmuş planet kimidirlər indi, Səssiz, izsiz... yolları bir daha kəsişməyəcək. Sadəcə bir əks-səda qalıb — Yoxluğun yolunda onlardan geriyə...
Son Məktub “Gözəl şeylər belə olur, bizi tərk edir, yeri qalır, qüssədən ölürük sonra…” – Floberin Bodlerə məktubundan Sonuncu dəfə yazıram – sonuncu məktubu… Və bu məktubun ünvanı sənsən – heç tanımadığım sən. Gözlərinin rəngini bilmirəm, sevdiyin fəsli, bəyəndiyin çiçəyi də... Yağışda islanmağı xoşlayırsanmı, küləkdən qorxursanmı – heç birini bilmirəm. Amma yenə də yazıram sənə – son sözlərimi. İnsan yazmaq istəyir… Xatırlanmaq… Heç olmasa bir nəfər tərəfindən. Az sonra sonuncu dəfə göy üzünə baxacam. Quşların səsini, küləyin nəfəsini dinləyəcəm. Sevdiyim bir şeiri dodaqlarıma qonaq edəcək, sevdiyim insanı uzun-uzadı düşünəcəm. Bəzi insanları yaşadan sevgidir. Sevgi olmadıqda, qanadı sınmış bir quş kimi yerə düşürlər. Uçmağa alışan birinin sürünərək yaşaması isə… mümkün deyil. Səndən çox şey istəmirəm – buna haqqım da yoxdur. Sadəcə, bir anlıq xatırlayasan istəyirəm... sevgi dolu ürəyimi. Ürəyim sussun, amma sevgi ölümsüzdür. Ürəyimi sevgiyə qatıb gedirəm. Məndən geriyə nə qalacaq, bilmirəm. Xatırlanacam, ya çox tez unudulacam – onu da bilmirəm. Bircə dəfə, bir anlıq xatırlayarsan bəlkə – göy üzünə, quşlara və sevgiyə qataraq. Bu son məktubu da istədiyin bir yerə parçalayıb ata bilərsən. Yaxşı ki, sona yaxın səni tanıdım. Son məktubumu yazacaq bir ünvanın olması... bu da yetər. Ürəyimi boşaldaraq gedirəm. Hələlik. Səni gözləyəcəm. Tural Sahab
İnsanlar kitablarının arasına xatirələrini, sevdiklərinin adını yazdığı gül ləçəklərini gizlədir. Oğurlamayın heç kimin kitabını...
Reklam