Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
115 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Hər insan ölümü ilə bir şeyə çevrilir... Rəssamlar — rənglərə, Yazarlar — sözə, Siyasətçilər, əsgərlər — tarixə. Yaxşı insanlar gözəl xatirələrə çevrilir. Bir də heçə, yoxluğa çevrilənlər var... Eləcə unudulanlar, yox olanlar.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”

Tural Sahab

, bir kitabı yarım bıraktı
Adolf Hitler
7.5/10 · 12,8bin okunma
Kitab təqdimatı vardı dünən Küləyin yeni kitabı " yarpağın ölmü" təqdim edildi bir çəmənlikdə Yağış Quşlar Buludlar Bir də mən... Ağaclar küsüb gəlməmişdi Öncə yağışa verildi söz Bir- iki damcı danışıb susdu Sonra quşların adından bülbül Sonra qarğa danışdı Gözəl və çirkin barışdı... Buludlar uzaqdan toxundu Göyün qəlbinə Alqış dedi şimşəyi ilə küləyin qələminə Və mən... utandım danışmağa Və mənə susmaq qaldı Küləyin son kitabı Göz yaşlarımdan bir " yarpaq" aldı.
Mənim nə işim var özgəsinə? Sığınmışam xəyallar ölkəsinə, Yoxluğunun susqun kölgəsinə. Axı niyə göz dikim yollara – Gəlməyəcəyini bilə-bilə?.. Mən gizlənmişəm Bir qız uşağının oyuncağına, O nağıl kimi baxışlara, O isti, günəşli qucağa... Mən ki, arzuyam, mən ki, xəyalam — Sevgini necə atım Ayrılığın buz ocağına?.. Göy qurşağına, Qara buludun ağrısına, Ağ buludun uşaqsayağı yağışına — Qurban edərəm Bütün gözəl sözləri — Qadası, Sənin bir baxışına...
Oyandı artıq hisslərin – sevirsən, Məzarlıq olan ürəyin indi bahardı. İndi orada yağır yaz yağışı, İndi orda çaylar gurhagür axardı... Adım gözəlləşir dodaqlarında, Nəfəsinlə bir cana gəlirəm. Bürünüb bir xəyala, səssiz-sədasız Sənin könül evinə qonaq gəlirəm... Eşqin qoxusu gəlir bura qədər, İnandım indi, sən də sevirsən... Əllərin üşüyür mənsizlikdən, Sinən sıxılıb – kiçilir... titrəyir...