Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
115 okur puanı
Ağustos 2023 tarihinde katıldı
"Mən dünyaya insanları güclü etmək üçün gəlmədim, onların zəifliklərindən istifadə etmək üçün gəldim." – Adolf Hitler
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”

Tural Sahab

, bir kitap okudu
Puan vermedi·344 syf.··
10 günde okudu
·
2025 3. kitabı
Asne Seierstad
7.5/10 · 253 okunma
“Kabilde bir kitabçı” – romanmı, reportajmı?
Puan vermedi·344 syf.··
2025 3. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Nisan 2025 11:57
Əsər məndə bədii roman təsiri yaratmadı, daha çox uzun bir reportaj oxuyurmuşam kimi hiss etdim. Bəlkə də səbəb, müəllifin yazıçı yox, jurnalist olmağıdır. Hadisələr, obrazlar, dialoqlar—hər şeydə sanki bir məsafə var. Oxucu olaraq içəri girə bilmirsən. Əsərin ruhu yox idi desəm, bəlkə də ağır olar, amma bədii cəhətdən çox zəif idi. Bir roman oxuyursan, amma tez-tez sujet kənara çəkilir. Yerini Əfqanıstanın tarixi tutur—yenə bir jurnalistin qələmindən, faktlar, savaşlar, rejimlər. Halbuki mən obrazlarla yaşamaq, hekayəyə qarışmaq istəyirdim. Yenə də etiraf etməliyəm ki, Əfqanıstanı tanımaq baxımından maraqlı bir təcrübə oldu. Küçələrini, insanlarını, qorxularını, gündəlik həyatlarını az da olsa hiss etdirdi. Amma roman deyil bu, sadəcə roman kimi görünən bir ölkə portretidir. Məni ədəbiyyat baxımından qane etmədi, amma dünyagörüşümə bir kərpic də əlavə etdi. Vəssalam.
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020253 okunma
Gənclikdə elə sanırsan, sevgi sərsəri bir macəradır — qasırğa kimi gəlir, tufan kimi aparar. Lakin ruhun yaralana-yaralana, qanın göz yaşına qarışa-qarışa anlayırsan: sevgi nə fırtına, nə də atəşdir... Sevgi bir limandır — səssiz, sakit və sığınacaq kimi.
Səni sevirəm, səni istəyirəm — Bir oğlan kimi deyil, Kişi kimi... Qadını ruhuyla, bədəniylə İçindəki tufanıyla sevər kimi... Çiynim, kürəyim — sənli iz axtarır, Dırnaqlarınla parçala varlığımı. Ağrıda bir ləzzət var — O ləzzətdə sən... Ruhum sənin ruhuna sığınmaq istəyir, Soyuq gecələrdə od tapar kimi. Dodaqlarında içmək istəyirəm Həm məst edən şərabı, Həm də unudulmaz kəlməni... Qoy pıçıltın dolansın qulağıma, Hər hecası titrədə canımı. Saçlarının ətrində boğulum, Qoy nəfəsin — nəfəsim olsun... Mən sən olum, Səndə itim, Və yenidən — səndən doğulum, qadın...