Gönderi

“Kabilde bir kitabçı” – romanmı, reportajmı?
Puan vermedi·344 syf.··
2025 3. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Nisan 2025 11:57
Əsər məndə bədii roman təsiri yaratmadı, daha çox uzun bir reportaj oxuyurmuşam kimi hiss etdim. Bəlkə də səbəb, müəllifin yazıçı yox, jurnalist olmağıdır. Hadisələr, obrazlar, dialoqlar—hər şeydə sanki bir məsafə var. Oxucu olaraq içəri girə bilmirsən. Əsərin ruhu yox idi desəm, bəlkə də ağır olar, amma bədii cəhətdən çox zəif idi. Bir roman oxuyursan, amma tez-tez sujet kənara çəkilir. Yerini Əfqanıstanın tarixi tutur—yenə bir jurnalistin qələmindən, faktlar, savaşlar, rejimlər. Halbuki mən obrazlarla yaşamaq, hekayəyə qarışmaq istəyirdim. Yenə də etiraf etməliyəm ki, Əfqanıstanı tanımaq baxımından maraqlı bir təcrübə oldu. Küçələrini, insanlarını, qorxularını, gündəlik həyatlarını az da olsa hiss etdirdi. Amma roman deyil bu, sadəcə roman kimi görünən bir ölkə portretidir. Məni ədəbiyyat baxımından qane etmədi, amma dünyagörüşümə bir kərpic də əlavə etdi. Vəssalam.
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020253 okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.