-Şekspirin belə bir sözü var: "Hünər yüksəklərə qalxmaqlarda deyil, hünər yüksəklərdə mətanətlə dayanmaqdadır". Camaatı ayağa qaldırmaq, onlara şirin vədlər vermək, onsuz da ciyəri alışıb-yanan adamları döyüşə aparmaq, ehtirasları qızışdırıb mövcud qanunları dağıtmaq o qədər də çətin deyil. Amma... - Məsələnin çətini camaata təzə nə verməkdir? Vay o gündən ki, qazandıqlarını əldə saxlaya bilməyəsən, təzə bir şey verə bilməyəsən, -deyə Aslan bəy Xudadat bəyə cavab verdi. -Ümidi boşa çıxan və aldadılan xalqın faciəsindən böyük faciə yoxdur. İndi biz yeni dövlət qurmuşuq. Qurmaq asandır, onu əldə saxlamaq lazımdır.