Tamilə Xəlilova

Tamilə Xəlilova
@Khalilofa41
Zinəti-şəxs elmi ürfandır
Puan vermedi·208 syf.··
2024 11. kitabı
İsmayıl Şıxlı yaradıcılığından oxuduğum ikinci əsər. Müəllifin qələmi çox güclüdür, əsərlərində Azərbaycan mentalitetini, mədəniyyətini, mübarizə və azadlıq ruhunu yüksək səviyyədə, tam aydın təsvir edir. Bu da oxuyucuda əsərə qarşı doğmalıq hissi yaradır. Müəllifin "Dəli kür" romanını çox bəyənmişdim, ancaq "Ölən dünyam" əsəri də fikrimcə, Azərbaycan ədəbiyyatının şedevr əsərlərindən biridir. Roman Azərbaycan xalqının çətin günlərindən- xalq cümhuriyyətimizin süqutundan sonrakı hadisələrdən, bəylərin, igidlərin qaçaqçılıq, xalqın sürgün edildiyi, əhalinin qəhrəmancasına üsyan etdiyi günlərdən bəhs edir. Əsər Güllü xanımın oğlu Həsən ağanın Ömər koxanın nəvəsi Ələddini səhvən öldürməsi ilə başlayır. Milli dəyərlərə, adət-ənənəyə sadiq Ömər koxa və Güllü xanım əsla düşmənçilik etmir. Hər iki ailə mərdliyi və namərdliyi ayıra bilir. Baş verənlərdən sonra Həsən ağa qaçaq düşməli olur, Güllü xanım da gəlinləri və nəvələri ilə evindən didərgin salınaraq qəfəsdən fərqi olmayan vaqonda sürgün edilir. Müəllif Güllü xanımın simasında qeyrətli, fərasətli bir Azərbaycan qadını, Ömər koxa ilə isə mərd, zəhmli bir sözlə əsl Azərbaycan kişisinin obrazını yaradıb. Bu iki ailə arasında yaşanan hadisələrdə mənə təsir edən Ələddinin nişanlısı Qaratel oldu. Camaatdan utandığı üçün gecələr nişanlısının qəbrinə getməyi Ömər koxa ilə birgə məncə elə oxuyucunu da kövrəldir. Əsərdə ən çox diqqətimi çəkən hissələrdən biri də Gəncə üsyanı olur. Əhalinin qorxmadan birləşərək rus ordusuna üsyan etməsi həqiqətən göz yaşardır. Lakin, içəridən edilən xəyanət hər şeyi düşmənin lehinə dəyişir. Bu hissəni oxuyarkən insanın ağlına bu misal gəlir "sapı özündən olan balta".. Bu hissədə diqqətimi xüsusi çəkən obrazlardan biri üsyanın qəhrəmanlarından Çapıq Əmrah olur. Çapıq Əmrahın ölərkən belə
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi
Anarın yaradıcılığından oxuduğum ilk əsər - Ağ Qoç, Qara Qoç Əsər Məlikməmməd nağılı əsasında yazılıb. Lakin bura da Məlik adi bir jurnalistdir, hadisələr isə tamamilə Azərbaycanla bağlıdır. Əsər iki hissədən ibarətdir. Ağ qoçun Məliyi ağ günlü Azərbaycana aparması birinci hissədir. Burada Azərbaycan xoşbəxtdir, azaddır, mədəniyyətini, tarixini, adət-ənənəsini ən üstün səviyyədə nümayiş etdirir. İkinci hissə isə Qara qoçun Məliyi qara günlü Azərbaycana aparması ilə başlayır. Burada Məlik öz yurduna həsrətdir, çünki Azərbaycan paramparçadır. Bakı üç zonaya bölünmüşdür.Birinci zona BEHİŞTİ BADU KUBƏ, ikinci zona BAKI KOMMUNALI, üçüncü zona isə BAKU SİTİ adlanırdı.Eyni millət bir-birinə düşməndir. Qarabağ uzun əsrlik radiasiyaya məruz qalmış, Mingəçevir stansiyası partladılmış, əhali tamam dağılmışdır. Ortada nə Azərbaycan dili nədə Azərbaycan mədəniyyəti qalmışdır... Əsərdə müəllifin bir sıra mövzulara toxunduğunu düşünürəm. Məsələn, əsərin ikinci hissəsində Məliyin qızı Burla deyirki atışma başlayan gün yandakı küçəyə keçmək belə yasaq oldu, anam, qardaşım işdən evə qayıda bilmədilər və beləliklə hərəmiz bir zonaya düşdük. Burada Azərbaycanın yarı bölünməsinə, insanların öz doğmalarından bir anda ayrı düşməsi məsələsinə toxunulmuşdur. Bundan başqa mövzulara da işarə olduğunu düşünürəm. Kor-Koranə, zorla şəxsiyyətə pərəstiş, din adı altında insanların hüquqlarının yox sayılması, Avropalaşmaq, müasirləşmək adı altında Azərbaycan mənəviyyatının, mədəniyyətinin məhv edilməsi və s. mövzulardan bəhs olunmuşdur. ■ Ağ Qoç, Qara Qoç əsəri mənə iki əsəri - "1984" və " Anamın Kitabı" əsərini xatırlatdı, oxşar mövzular...
Edebiyat
Ağ Qoç, Qara QoçAnar Rızayev · Hədəf Nəşrləri · 2013192 okunma