Bəzən insan ayrılığı qəbul edir, amma xatirələr onu qəbul etmir. Eyni küçələr, eyni masalar, eyni səssizlik… Sadəcə yanımda sən yoxsan. Bir vaxtlar gülüşümüzlə dolan o yerlər indi düşüncələrimlə doludur. Addımlarım ağır deyil, sadəcə içimdə bir “kaş” pıçıldayır. Amma anlayıram ki, bəzi insanlar həyatımıza qalmaq üçün yox, bizə sevməyi, darıxmağı və güclənməyi öyrətmək üçün gəlir. Mən indi tək gedirəm o yerlərə… amma artıq itirmiş biri kimi yox, yaşamış biri kimi...