Hər insan daxilində uşaqlığını gizlədir ,amma gizlətdiklərini də göstərməkdən ehtiyat edər. Heç bir duyğu məhv olmur, sadəcə basdırılır. Hər bir insanın daxilində bir tanımadığı əkiz var, bir qəribə tərəfi; mənimki də sən idin...
Insan quyuya enmeden qaranlığın sirrini anlaya bilməz. Qaranlığın içindəki kölgə və xəyalların səmimiyyətini, gerçəkliyini... itirdiklərimizi bu quyunun içində tapa biləcəyikmi, görəsən ? Bütün sirləri və ehtişamı.. qorxduqlarimiz və çəkindiklərimiz bütün quyuları örtdü məncə. Açılması üçün o qədər çox səy göstərmək lazımdır ki.. xəyallara verdiyimiz mənalar və daşıdıqları o qədər şey.. xəyal olduğunu bildiyimiz bütün hekayənin gerçək olduğunu zənn etməyimiz əslində elə xəyalın özüdür. Mən həqiqəti istəyirəm...
Qəlbində doğulmaq istəyirəm. Məni unutdunmu? Bax bundan qorxuram. Mən səni heçvaxt unutmadım. Mən səni unutmağı unutdum. Beləliklə ,unutmağı tamamilə unutdum...