– Bəs Allah yoxdur?
– Yoxdur, dost. Əlbəttə, yoxdur. Əgər olsaydı, mənim öz gözlərimlə gördüyüm dəhşətlərə razı olardımı? Qoy Allah onlarınkı olsun.
– Onlar özləri də deyirlər ki, Allah bizimlədir.
– Aydındır, mənim ona ehtiyacım var, çünki etiqad etməyə uşaqlıqdan alışmışam. Amma indi hər kəs öz qarşısında cavabdeh olmalıdır.
– Deməli, sən adam öldürməyi də özünə bağışlayarsan?
– Görünür, belədir. İndi ki sənin fikrincə, belə çıxır, deməli, belə də olmalıdır. Amma Allah oldu-olmadı, fərqi yoxdur, adam öldürmək günahdır.