"Bəzən özü də istəmədən uşaqlığını xatırlayır,
ömrünün erkən çağları uzaq, əlçatmaz xəyallar örtüyündə, dumanlar içərisində hafizəsində canlanırdı. Yaddaşını ağrıdan o uzaq illərlə bağlı xəyalları özündən qovub
uzaqlaşdırmaq istəsə də, bacarmırdı, əksinə xəyallar ixtiyarsız olaraq onu alıb aparır, həyatının aşağılarına, uzaq dərinliklərinə qaytarırdı.
Uşaqlıq illərini xatırlamaq istəməməsinin səbəbini özü də anlaya bilmirdi. Sadəcə xəyallar onu keçmişə apararaq o uzaq illərin xatirələrinə qovuşdurduqca içinin dəniz kimi
çalxalandığını hiss edir, ruhu varlığından siyrilib çıxmaq istəyirdi. Qocanı rahatsız edən bir də o idi ki, keçmişə üz tutduğu halda uşaqlıq illərinə dönmək istəmir, ömrünün o
çağlarını yaddaşından qoparmağa çalışırdı.
Ancaq yaddaşını doğraya-doğraya o uzaq çağlara aparan duyğularını özündən qovduqca uşaqlıq xatirələrinin daha böyük cazibə ilə ruhuna, varlığına hopduğunu hiss edir
və bundan heç cür xilas ola bilməyəcəyini anlayırdı.
Uşaqlıq xatirələri yaddaşında elə bir iz salmışdı ki, onu heç cür
qaparıb atmaq mümkün deyildi"...
youtu.be/HdGCdTy3dJY
Vaqif müəllim bizim ən böyük dəyərlərimizdən biridir.
21 fevral 2023
Azərbaycan Yazıçılar Birliyində keçirilmiş kitab təqdimatından xatirə...
"Körpə doğulur və
görür: işığı, anasını, bələyini, beşiyini: amma baxa bilmir və ya nəyə baxacağını bilmir. Çünki körpə hələ “mən” deyil, yalnız bədəndir. O, böyüdükcə baxmağı öyrənir və başlayır özünə baxışlar seçməyə, baxışlar istehsal eləməyə. Anlayır ki, baxışlarla danışmaq,
baxışlarla diləmək və dilənmək mümkündür, sevmək və aldatmaq mümkündür, küsmək mümkündür, nifrət eləmək mümkündür, qorxmaq, qaçmaq mümkündür, qəzəblənmək, hirslənmək, qovmaq, hətta döyüşmək mümkündür və hətta başqasının baxışlarına aldanmaq mümkündür. Odur ki, insan baxışlarını gizlətməyi və ya baxışlarında gizlənməyi xoşlayır"