Gülər Qasımova

96 syf.
10/10 puan verdi
Artıq neçənci dəfə oxuduğumun sayını unutsam belə, yenə də birinci dəfəymiş kimi hiss etdirən tək-tük əsərlərdən birisidir "Oqtay Eloğlu". İlk pərdədən Oqtayın savaşlarını görürük, bir əl ərzində dəyişiklik etmiş, səhnənin inkişafına şahid olmuşdu, bu isə öz növbəsində qurbanını-anasını almışdı. Növbəti pərdədə teatrı yüksək qiymətləndirən Oqtayın səhnədə "azərbaycanlı yavrusu" görmək istədiyinin şahidi oluruq, hansı ki, bu yavrunu o doğrudan da görür. Amma həqiqətən də görmək istədiyi azərbaycanlı aktrisa məhz o idimi ? Oqtay niyə həqiqət axtarmağa başlayır ? Onun üçün həqiqətin acı bir qadına inanmayıb, doğrudan da bunu sübut etməsini istəyəcək qədər nə yaşamış ola bilərdi ?
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021313 okunma
Reklam
254 syf.
10/10 puan verdi
·
Read in 64 days
Sanki uzun müddətdir ki, psixoloji seanslar qəbul etmişəm kimi hiss etdim... Adətim üzrə Doğan Cüceloğlunun kitablarını asta templə, mahiyyətinə vararaq oxumaq düz iki ayımı aldı, amma əvəzində çox qatqısı oldu. Əksər gənclər üçün, hətta yaşlılar üçün olduqca faydalı kitab olduğunu düşünürəm. Hər birimizin içində bir uşaq var, lakin o uşaq hansı vəziyyətdədir, illərdir təkredilib, utanç içində yaşamağa məhkum olunub? Yoxsa, içimizdəki ana-ata ilə birgə olduqca şəndir ? Bəs bütün bunların bizim psixologiya və əhvalımıza nə təsiri var ? Bu suallara isə kitabı oxusanız cavab tapa bilərsiniz.
İçimizdeki Çocuk
İçimizdeki ÇocukDoğan Cüceloğlu · Remzi Kitabevi · 20177.6k okunma
336 syf.
6/10 puan verdi
·
Read in 3 days
Sərgidə gördüm və gördüyüm ilk andan diqqətimi çəkdi. Lakin səhvi orda etmişəm ki, açıb "Ön söz"ü diqqətlə oxumamışam. İçərisində maraqlı testlər yox deyildi, lakin onlardan daha müasiri və daha mental dəyərlərə uyğunlaşdırılmaq yerinə insan psixologiyasının vəziyyətini öyrənməyə yönəlmiş testləri tapmaq istənilən sosial şəbəkədə mümkündür.
Psixoloji Testlər
Psixoloji TestlərAsəf Zamanov · Xan Nəşriyyatı · 20211 okunma

Reader Follow Recommendations

See All
687 syf.
10/10 puan verdi
·
Read in 9 days
İkinci kursda Tolstoy və Dostoyevski kimi iki dünhanı bir həftəyə oxumağın mümkün olmadığı üçün sadəcə məzmunu ilə kifayətlənib, sona qədər oxuya bilmədiyim kitabı iki il sonra bitirə bildim. "Niyə daha əvvəllər oxumamışam?" Sualı oxuduğum müddətdə ağlımdan dəfələrlə keçirdiyim sual oldu. Hər iki tərcümədən baxmaqla isə aradakı müəyyən fərqi sezib daha yaxşısından mütaliə etməyə seçim yaratdı. Psixoloji faktlar, üzərindən iki əsrə yaxın bir müddət keçməsinə baxmayaraq sanki müasir zamanda yazılıbmış kimi canlı qalması, bir insanın iztirabının, hisslərinin bütün çılpaqlığı ilə təsvirlər olduqca heyranedici idi. Əsərin məzmununu bilməyən oxuyucu tapılmaz, lakin məsələ süjetin arxasınca düşüb, baş qəhrəmanının nə edəcəyini gözləmək deyildi, baş qəhrəmanı hisslərinin izləyicisi kimi çıxış edərək, hadisələrin dönüş nöqtələrini böyük bir həyəcanla izləməsi ana plandadır. Olduqca maraqlı, oxunaqlı, aydın və təsiri böyük olan bit kitab kimi hər kəsə tövsiyə edirəm. Və sonda kitaba vaxtımın bu qədər az olduğu müddətdə şans verməyimin əsas səbəbi olan şagirdimə təşəkkür edirəm.
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2022160.6k okunma
389 syf.
10/10 puan verdi
·
Read in 10 days
Çox nadir hallarda daha əvvəllər oxumadığımız üçün peşman olduğumuz kitablarla kəsişir yollarımız. "Başsız atlı" da mənim üçün elə kitablardan oldu. Proloqu oxunduqdan sonra hadisələrin cərəyanı olduqca maraq yaradır. "Başsız atlı" kimdir, onun başı niyə yoxdur və s. Kimi. Daha sonra irəliləyən süjet Luiza və Moris Ceraldın intizarlarına köklənsə də, kuliminasiya nöqtəsindən sonra hadisələr olduqca maraqlı olmağa başlayır. Obrazların düşüncə və yaşantılarından bir parça sanki oxucuya yüklənir. Tək bununla da qalmır, baş verən qətl və peyda olmuş "Başsı atlı", törədilən qətlin təfərrüatları kitabı 2x lə oxumağa sövq edir) Kitabın sonluğu həddən ziyadə romantik gəlsə də, oxucu təxəyyülünə buraxılmaması bəyəndiyim tərəflərindən oldu. Son olaraq "Başsız atlı" ilə tanış olmağıma vasitəçi olduğu üçün
Pəri
Pəri
'yə təşəkkür edirəm
Başsız Atlı
Başsız AtlıMayne Reid · Çaşıoğlu Nəşriyyatı · 0552 okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
Read in 3 hours
Hər kitab ikinci şansa layiq olmaz, ikinci dəfə oxuduğumuz kitablar da birinci ilə eyni təəssüratı yaratmaz. Bəli, bundan düz iki il əvvəl tanış olduğum kitabla yenidən söhbət olduqca maraqlı və olduqca düşündürücü idi. "Hər birimizin həyatında mütləq oxumalı olduğumuz kitablar" anlayışısı varsa, bu kitabda siyahının başında olmalıdır. Tək problem hər zaman olduğu kimi tərcümə problemi idi, amma kitabın gözəlliyi bunu da kölgədə qoya bilirdi.
Kiçik Prins
Kiçik PrinsAntoine de Saint-Exupéry · Qanun Nəşriyyatı · 2019236.4k okunma
176 syf.
10/10 puan verdi
·
Read in 14 days
Kitabda Hüseyn Cavidin seçmə fikirləri yer alıb, əslində, Cavidin külliyyatı bütünlüklə aforizmlər, altından xətt çəkiləcək cümlələrdən ibarətdir, bu, ön sözdə də qeyd olub. Onun üçün seçilmiş fikirlər və Cavid haqqında verilmiş bir neçə fikir var. Yenə də qısa bir zaman çərçivəsində ruhun dincəlməsi üçün gözəl bir kitab olub.
Cavid Hikməti: Seçmə Aforizmlər
Cavid Hikməti: Seçmə AforizmlərHüseyn Cavid · Elm və Təhsil · 20202 okunma
568 syf.
10/10 puan verdi
·
Read in 4 days
Edmon Danteslə vidalaşmaq olducaq çətin oldu. Hansı ki, bəzi kitabların sonu çox maraqlı gəlir, lakin bitməsini də istəmirik, bax, həmin o kitablardan birisi olmağı bacardı mənim üçün "Qraf Monte Kristo". Oxuyana qədər haqqında heç nə bilməməyim ən böyük marağım oldu. Bir insanın 14 illik məhbus həyatı yaşaması, hücrədən qaçmağı bacarması ilə yeni bir insan olub, intiqamını almasını izləmək olduqca maraqlı və heyrətamiz idi. Bütün incəlikləri ilə hazırlanmış plan oxucunu təəccübləndirməyi, bəzən ağlatmağı, bəzən " bax, sən buna layiq idin, sonunda aldın cəzanı" dedirtməyi bacarır. Kitabın sonlarına doğru, xüsusilə 113-cü fəsli isə əsərin ən ziddiyətli, ən kədərli fəsli idi. Bütün yaşadıqlarında gücül obraz kimi gördüyümüz Edmon Dantesi bizə yenidən göstərməyi bacaracaq formada həm də. Eyni zamanda dövrün Avropası, Şərq Mədəniyyəti haqqında da fikir yaradır. Qadınların mütilik və azadlıqları da, zənnimcə, qarşı-qarşıya gətirilmiş və müəllifin qənaəti də bu fikirlərin yekununda öz əksini tapmışdır.
Qraf Monte Kristo (II kitab)
Qraf Monte Kristo (II kitab)Alexandre Dumas · Teas Press · 026.1k okunma
152 syf.
9/10 puan verdi
·
Read in 5 days
2024-ün ilk kitabını seçməkdə qərarsız qalmışdım, lakin bitirdikdən sonra yaxşı ki, bu kitab dedim.
Var mısın?
Var mısın?
kitabında
Doğan Cüceloğlu
Doğan Cüceloğlu
nun tövsiyə etdiyi kitablardan birisi idi və adı diqqətimi çəkmişdi. Mövzusu bəllidir; yaşlı nənənin öz nəvəsinə yazdığı məktublar. Lakin bu məktublar adi məktub deyil. Yazılmış amma göndərilməyə cəsarət edilməyən, iki nəsil keçsə də, bilinməyən sirlərdən, dörd taleyin bir yaşamdakı döngüsünüdən ibarətdir. Kitabı oxuyarkən bəzən sevindim, təəccübləndim, kədərləndi, amma hər şeyi ilə mənə çox şey qatdı. Xüsusilə alıntıları, paylaşdığım və paylaşmadığım o qədər gözəl alıntılatı var ki! Sonda isə deyəcəyim budur: situasiyadan asılı olmayaraq, çıxılmaza düşəndə dayanıb ürəyimizin səsini dinləməkiyik- heç kimin təsir göstərməsinə icazə vermədən və daha sonra Ürəyimizin səsi ilə etdiyimiz seçim ən doğru seçimimiz olacaqdır.
Yüreğinin Götürdüğü Yere Git
Yüreğinin Götürdüğü Yere GitSusanna Tamaro · Can Yayınları · 202016.8k okunma
320 syf.
10/10 puan verdi
·
Read in 113 days
Normalda şəxsi inkişaf kitabları oxumağa səbrim çatmır elə bu səbəbdən az-az, amma mahiyyətinə vararaq oxumağı qərarlaşdırdım. Sonda digər yarım qoyduğum eyni tipdəki kitablardan fərqləndiyi qənaətinə gəldim. Kitabı anlayaraq oxumaq, dərinliklərinə enmək, yeri gəldikdə bir cümlə üzərində düşünmək bir neçə psixoloqdan canlı seans almağa bərabər təsir yaradacaq qüvvədədir. Kitab məlum olunduğu kimi ikili dialoq şəklində yazılıb, elə məhz bu dialoqlar həm bu kitabın, Həm də Doğan Cüceloğlunun digər kitablarının qısa bir fraqmentini də təsvir edir. Bundan əlavə sonda müəllif kirab, film və musiqi tövsiyələri də qeyd etmişdir. Hansı ki, tələbələr, müəllimlər, valideyinlər üçün çox faydalıdır. Kitabın oxunulması tövsiyə olunacaq kitablar siyahısında olduğundan əminəm.
Var mısın?
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap Yayınları · 202127.3k okunma
Reklam
408 syf.
8/10 puan verdi
·
Read in 19 days
"Allah bilir, neçə-neçə ailənin öz Anriyeti var !" Kitabın ən təsirli cümləsi mənim üçün məhz bu idi. Neçə-neçə qadınlar var ki, nə ata-anası, bacı-qardaşı, əri, uşaqları tərəfindən anlaşılmayıb, yetrincə sevgi görməyib. Qarşımıza çıxan iki obraz vasitəsilə daha dərin bir müqayisə aparmaq şansımız olur beləcə. Balzak insan hisslərini son dərəcə xırdalıqları ilə təsvir edir, sıxılmadan dəyişən hadisələrin axarına düşüb Feliksin xarakterini araşdırmaq da məhz bu tərəfdən uğurludur. Lakin son hissədə Feliksə yazılmış məktub son dərəcə möhtəşəmdir. Kitab boyu oxucunun qəlbindən keçən cümlələrin əksəriyyəti öz əksini tapır bu məktubda. İlk başlanğıcda qismən sıxıcı gəlsə də, Natalinin məktubunu oxumaq üçün yarım qoymamağa dəyər:)
Vadidəki zanbaq
Vadidəki zanbaqHonore de Balzac · Parlaq imzalar · 042.8k okunma
136 syf.
9/10 puan verdi
·
Read in 3 days
Kitabdan hüznlü notlarla ayrılıraq hisslərimi, düşüncələrimi toparlamağa çalışıram. Bay Keatingin timsalında həyatımızda heç deyilsə, mütləq ki, bir ədəbiyyat müəllimi olub. Bizi robot olmaqdan xilas etməyə çalışan, olmaq istədiyimizlə olduğumuz arasındakı fərqi göstərən, ən əsası yaşamağa sövq edən... Xüsusilə müəllimlərin oxuması lazım olan bir kitab olduğunu düşünürəm. O qədər axıcı və rəvandır ki, səhifələrin necə keçdiyini hiss etmək olmur. Mövzusu və süjeti çox gözəldir. Oxuduqdan sonra nələrsə qazanmamaq isə mümkün deyil.
Ölü Ozanlar Derneği
Ölü Ozanlar DerneğiN. H. Kleinbaum · Bilge Kültür Sanat Yayınları · 201626.4k okunma
328 syf.
7/10 puan verdi
·
Read in 3 days
Kitabda diqqətimi çəkib və sonuna qədər oxumağıma səbəb olan tamamən gerçəklərdən qaynaqlanılıb yazıldığı oldu. Bu mövzuda oxuduğum kitablarla müqayisədə çox təsirli olduğunu deyə bilmərəm. Lakin reallıqlar əsasında yazılması və sadə bir dillə yazılması diqqəti öz üzərinə çəkir. Konservatoriyada dərs alan Suada və ona aşiq olan iki gəncin hekayəsi desək, bəlkə də yanlış olmaz. Onlardan Tarık'ı seçən Suada daha sonra imtina etdiyi seçiminin "cəza"sını çəkir. Əsir düşərgəsinə ağır məşəqqətləri görür; tək Suadanın deyil, neçə-neçə bosniyalı qadının həyatını, seçimlərini görürük. Bu seçimlər arasında başlarına nə gəldi, deyib bəzən son səhifəni oxumaq istəyi də yaranır bəzən. Müharibənin fəlakətləri, insanların psixologiyaları, qadınların yadlıqla heçlik arasındakı mübarizələri, itkilər... Bütün bunların dəhşətini sadə dil ilə görə biləcəyiniz bir kitabdır.
İncir Kuşları
İncir KuşlarıSinan Akyüz · Alfa Yayınları · 202126.4k okunma
198 syf.
8/10 puan verdi
·
Read in 4 days
Alıntıları daim diqqətimi çəksə də, oxuduğum janrlarla müqayisədə çox da zövqümü oxşadığını deyə bilməyəcəyəm. Xüsusilə bədii ədəbiyyat üçün qüsur hesab etdiyim jarqon sözlərdən istifadəni heç xoş hal kimi qəbul edə bilmədim. Eyni zamanda tənqidə məruz qalacaq süjetin qarışıq hissələri də yox deyil. Lakin bütün bununla bərabər nəzərə alanda ki, kitab 16 yaşlı Holden Caulfieldin yaşantısını təsvir edir və bu yaşantı yeniyetməyə məxsusdur. O zaman fərqli baxışla sadəcə süjetin axırarına çıxmaq kimi bir düşüncə yaranır. Yaşanan hadisələr Holdenin məktəbdən qovulmasından sonra "Yeni il"ə qədər ki, müddəti əhatə edir. Təbii ki, burada onun zamanında yaşadığı tramvalarını, insanlarla münasibətini, ətrafındakılara qarşı düşüncələrini və hisslərini də görmək olur. Monoton həyatının içərisindəki yeganə arzu qəlbinin ən dərinliklərinə bir eniş qapısı olur. Çox gözəl alıntıları arasında ola biləcək "Bildiğim tek şey, size anlattığım herkesi biraz özlüyorum. Bizim Stradlater'ı ve Ackley'yi bile, sözgelimi. Sanırım, o lanet Maurice'i bile özlüyorum. Sakın kimseye bir şey anlatmayın. Herkesi özlemeye başlıyorsunuz sonra." İlə tamamlanmış olur.
Çavdar Tarlasında Çocuklar
Çavdar Tarlasında ÇocuklarJ. D. Salinger · Yapı Kredi Yayınları · 202159.6k okunma
128 syf.
8/10 puan verdi
·
Read in 8 days
Kitabın təsirini ifadə etməkdə çətinlik çəksəm də, təsviri üçün deyə bilərəm ki,
Tehlikeli Oyunlar
Tehlikeli Oyunlar
dan Hikmet,
Martin Eden
Martin Eden
dən Martin Edenin həyatlarını yenidən və fərqli baxışla oxudum. Yo-çanın uşaqlığı, ətrafı, həyatında olan qadınlar və nəticədə yaşamın onu hər dəfə itələdiyi dərinlikdədir. Nəzərə alınanda ki, kitab müəllifin həyatından çox cizgiləri özündə əks etdirir, bundan sonra adi bir kitab, üç hissəli gündəlik kimi yanaşılması mümkünsüz olur. Son olaraq kitabı oxumazdan əvvəl bir daha düşünün deyərdim.)
İnsanlığımı Yitirirken
İnsanlığımı YitirirkenOsamu Dazai · İthaki Yayınları · 202334.6k okunma
52 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.