Rena Gasimzade

Sabitlenmiş gönderi
“Herkes sevdiği kadar yanında kalır.”
Sayfa 154Kitabı okudu
Reklam
188 syf.
·
Not rated
Sevgi, intiqam, bir-birini izləyən cinayətlər, intriqa kitabın ümumi mövzusudur. Teatr mətnləri və yazarları haqqında çox məlumat sahibi deyiləm. Bu tipdə oxuduğum ilk kitab idi. Həyatda əslində heç kimə güvənməməyi, həyatın içindəki entriqaları, taxt sevgisinin insanın gözünü necə kor etdiyini və bunun sonunda nələr olacağını kitabın sonunda açıq bir şəkildə görəcəksiniz. Şekspirə başladığım ilk əsər idi. Bəlkə də heç belə teatr mətni oxumadığıma görə bu kitabı da çox sevə bilmədim. Lakin yazarın digər kitablarına da şans verməyi düşünürəm. Teatr mətni olsa da, axıcı üslubu qısa zamanda sizə rahat oxuma vəd edir.
Hamlet
HamletWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202044.8k okunma
490 syf.
·
Not rated
Ahhh Martinnn…
Bu kitabı o qədər çox görmüşdüm ki, oxumaq üçün can atırdım. Martin İden sadəcə bir sevgi romanı ya da bir macəra romanı deyil, Cek Londonun həyatının bir bölümünün romana qurğulanmış halıdır. Məncə hərkəsin oxumalı olduğu kitablardan biridir. Cek London bu əsərində demək olar ki, hərşeyə toxunub. Bütün hisslərdən, hətta hissizlikdən də bəhs edib. Martinin həyat mübarizəsi insanı heyrətləndirir. Martinnnnn, yanında olub qucaqlamaq istədiyim və ayağa qaldırmaq istədiyim bir obrazdı. Kitabı əlinizdən yerə qoymaq o qədər də asan olmayacaq və təsirindən uzun müddət, bəlkə də, bir ömür boyu çıxa bilməyəcəksiniz. Əgər hələ bu kitabı oxumamısızsa mütləq ilk sıraya alın. Çünkü tanımalı olduğunuz bir Martin İden sizi gözləyir)
Martin İden
Martin İdenJack London · TEAS Press · 090.3k okunma

Reader Follow Recommendations

See All
216 syf.
·
Not rated
SPOYLER MÖVCUDDUR
Arvidin anası Danimarkaya yola düşür, Arvid də anası ilə birlikdə. Bu qısa səfər əsnasında müəllif bizi keçmişə boylanmağa, ana-oğul münasibətlərinə, bu ikilinin keçdiyi həyat yoluna nəzər salmağa məcbur edir. Ana haqqında öyrəndiyimiz məlumatlar isə, maddi sıxıntı içərisində 4 uşaq böyüdür, ofisant sonra isə oteldə xadimə işləyir, övladlarından birini itirir lakin bunlara baxmayaraq heç vaxt şikayətlənmir. Arvid də bunu belə təsvir etmişdi; anam “Kasablan”dakı İnqrid Bermana bənzəyirdi:saçının forması, yanağının zənəxdanı ona bənzəyirdi, amma anam heç vaxt Hamfri Boqarta “İkimizi də düşünməlisən!” Deməzdi. O bunu heç kəsə deməzdi. Dolayısıyla bu cür ananın bu cür oğula sevgi göstərməsi çətin görünürdü. Əslində Arvidin dərdi ana sevgisi yox özü idi. Çünkü onun inandığı hərşey bir-bir məhv olurdu. Növbə ilə hərşeyi əlindən alınır. Evliliyi, uşaqlıq xatirələri… Kitab çox sadə dildə yazılıb, biraz dialoqlara çox yer verilmişdi. Lakin axıcıdır, oxuması asandır.
Zamanın Axınını Lənətləyirəm
Zamanın Axınını LənətləyirəmPer Petterson · Teas Press Nəşriyyat · 0278 okunma
Reklam
Rena Gasimzade
Updated the 2023 reading target.
2023 READING GOAL
16/50 books - %32 completed
16 books read
50 books
4,586 pages
0 reviews
0 quotes
1,403 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.