Güler Hüseynova

Güler Hüseynova
@Gular_Huseynova
Üzərində dayandığımız dünya da relsler kimidir. Ölüm də üzərimizə gələn qatardır sanki. Bütün insanlar ölümün gələcəyini bildikləri halda yeyir, içir, başlarını məişət qayğıları ilə qataraq yaşayırlar. İnsan ölüm qatarının hər an gələ biləcəyinin fərqindədir. Ancaq bu, həyatını heç bitməyəcəkmiş kimi yaşamasına mane olmur. Bu insan dili ilə hər an ölə biləcəyini etiraf etsə də, xəyalında yüz il sonrası üçün planlar qurmaqdadır. Həyat tərzimiz əslində bizim əbədi yaşamaq istəyimizdən xəbər verir.
Sayfa 220·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Deyirlər ki, ən böyük məyusluq arzular həyata keçəndən sonra baş qaldırır.
Sayfa 213·Kitabı okudu
Düşünürəm ki, hərdən qürurumuz xoşbəxt olmağımıza mane olur. O, xoşbəxtliyimizin qarşısına süni sədlər çəkir. Bəzilərimiz cəsarətimizi toplayıb sədləri aşırıq, bəzilərimiz isə bu sədlərin arxasında xoşbəxtliyimizdən ayrı düşmüş halda ömrümüzü başa vururuq.
Sayfa 204·Kitabı okudu
Mən həmişə düşünmüşəm ki, heç bir dildə insan hislərini ifadə etməyə yetəcək qədər söz yoxdur. İnsan hislərinin qarşısında bütün dillər lüğətlər gücsüzdür.
Sayfa 203·Kitabı okudu
Saxta danışa bilərsiniz, saxta gülə bilərsiniz, ancaq saxta baxa bilməzsiniz. Gözlər aldatmaq bacarığından məhrumdur. Və nə yaxşı ki bu belədir...
Sayfa 203·Kitabı okudu