Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gulnara Chalabiyeva

80 syf.
·
Puan vermedi
Lev Tolstoy- İnsan nə ilə yaşayır? Əvvəla onu qeyd etmək istəyirəm ki, bu kitab mənim hər ilin başlanğıcında oxuduğum(artıq 3cü ildir) və ən sevdiyim kitabdır. Kiçik həcmli olsa da, bir nəfəsə oxuyub bitirəcəyiniz və ideyası çox mühüm olan bir kitabdır. Mənə çox şey qatıb və düşünürəm ki, hər kəsin mütləq şəkildə oxuması gərəkən kitablardandı. Kitabdan ən sevdiyim sitat: "İnsanlar yaşadıqlarını zənn etsələr də, anladım ki, onlar yalnız sevgi ilə yaşayırlar. Sevən insan Allaha, Allah da ona yaxınlaşır. Çünki sevgi Allahın özüdür." Bəs sizcə "İnsan nə ilə yaşayır?" #levtolstoy #İnsannəiləyaşayır
İnsan Nə İlə Yaşayır?
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020191,5bin okunma
Reklam
216 syf.
·
Puan vermedi
·
13 günde okudu
Per Petterson- Zamanın axınını lənətləyirəm Cismən yanında olan, lakin ruhən valideyn qayğısından məhrum olan bir şəxsdir, Arvid. Baş qəhrəmanımız olan 37 yaşlı Arvid boşanma qərarı alır və bu ərəfədə anasının xəstə olduğunu öyrənir. Hər şeydən əvvəl isə bəzi duyğuların basdırıldığı və münasibətlərin məsafəli olduğu bir ortamda, içindəki duyğuları çətinliklə ifadə edən və bu uzun yolda məsafələri aşmağa çalışan birinin hekayəsidir. Oxumağı tövsiyə edirəm. Axıcı və gözəl kitab idi. Hələ bu qarlı, soyuq hava o kitabı daha da axıcı etdi   Zaman məndən xəbərsiz arxamdan keçib getmiş, mən də geri çevrilib baxmamışdım... Gözəl mütaliələr #originbookclublaperpetterson #zamanınaxınınılənətləyirəm
Zamanın Axınını Lənətləyirəm
Zamanın Axınını LənətləyirəmPer Petterson · Teas Press Nəşriyyat · 0282 okunma
160 syf.
·
Puan vermedi
·
8 günde okudu
Ezgin Kılıç- Yalnızlığımdan sev beni Yazardan oxuduğum ilk kitabdır. Bu tərz kitabları normalda çox sevmirəm.. Elə kitabı oxumağa başlayanda da önyarqı ilə yanaşmışdım. Amma, bəyəndim. Kitab-bir zamanlar çox sevdiyi biri tərəfindən tərk edilmiş adamın yaşadıqlarından bəhs edir. İlk oxumağa  başlayanda ön söz'də qeyd edilmişdi ki, bu kitabı oxuyandan sonra "Hayatına dair bir şeylerle karşılaşacaksın, daha da güçleneceksin kendi içinle yüzleşdikce. Hayatındakı insana daha sıkı sarılacaksın, daha çok seveceksin.. Kaybettiklerine daha çabuk alışacaksın, sahip olduklarının kıymetini daha çok bileceksin". Mənim üçün də elə oldu. Daha çox fərqinə vardım, həyatımda olan önəmli insanları. Kitabdan sitatlar: Herkesin yüreğini bilen Allah, kimsenin ahını bırakmaz kimsenin yanına.. Kaybetdiklerine takılıp kalma, hala sahip oldukların da yeter sana... Bir seçim yolu her zaman vardır, asıl mesele senin neyi seçtiğin... • Xoş mütaliələr #EzginKılıç#yalnızlığımdansevbeni
Yalnızlığımdan Sev Beni
Yalnızlığımdan Sev BeniEzgin Kılıç · Destek Yayınları · 2016598 okunma