Bir çox insan orta səviyyədə olmağı qəbul edə bilmir, çünki inanırlar ki,
bunu qəbul etsələr, heç vaxt heç nəyə nail olmayacaqlar, inkişaf
etməyəcəklər və həyatlarının bir mənası qalmayacaq.
Belə düşünmək təhlükəlidir. Əgər həyatın yalnız cəzbedici və
mükəmməl olanda dəyərli olduğunu düşünürsünüzsə, onda insan övladının
əksəriyyətinin (siz də daxil olmaqla) dəyərsiz və axmaq olduğunu qəbul
etmiş olursunuz. Və bu düşüncə sürətlə təhlükəli olmağa başlayır, həm sizin
üçün, həm də başqaları üçün.