Ərəblərin təbiətinin iqtizasını (tələbdən irəli gələn zərurət) anlayaraq onların arasında peyğəmbərlik yolunu özünə şüar edən birinci adam islam peyğəmbəri idi.
Mən sirklərdə kəndirin üstündə gəzənlərə görə həmişə narahat olurdum.Lakin sonradan anladım ki,insanlar düz yerdə daha çox yıxılırlar,nəinki kəndirdə gəzəndə.
Charlie Chaplin
Bəlkə də mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası çıxarmaq olar. Lakin bu məna mənim düşmənlərimin düşündüyü qədər dərin deyildir. Məqsədim islam dinini rədd etmək deyil. Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq,elmləri,sənətləri inkişaf etdirmək, xalqın azadlığı və rifahı üçün ədalətin bərpa edilməsinə rəvac verməkdir. Tərəqqi yolunun əsas maneələrindən biri, ərəb əlifbasının çətinliyidir. On min müsəlman içərisindən bir nəfər savadlı tapmaq olmur. Bizim savadlı saydıqlarımızın çoxunun da savadı naqis və yox dərəcəsindədir. Qadınların isə hamısı savadsızdır.
Bu “Kəmalüddövlə” elə bir əsərdir ki, bu günə qədər islam dini haqqında bu aydınlıqda və bu kimi dəlillərlə onun misli ola bilən bir əsər yazılmamışdır. Bu isə ona görə deyildir ki, müsəlman filosoflar onun məsələlərindən xəbərdar olmamışlar. Xeyr, xəbərdar olmuşlar. Lakin onlardan heç birisi öz bildiklərini açıq-aşkar söyləməyə cəsarət etməmişdir.