Ara-sıra zavallı münzəviyə bir parça çörək gətirər, kiçik pəncərədən içəriyə baxardılar, lakin kimsə onun adını soruşmaz, onun nə zamandan bəri ölmək istədiyini bilməzdi.
Böyüdükdən sonra isə ətrafında nifrət və kindən başqa heç bir şeyə təsadüf etməmiş və bu qərara gəlmişdi ki, insanlara eyni şeylə cavab verməlidir; onu yaralayan silahı götürdü: o da kinli oldu.