Günel Kamal

Puan vermedi·248 syf.··
2021 9. kitabı
·
6 günde okudu
·
Okunma: 10 Nisan 2021 04:53
Müəllif Vaskonselosun avtobioqrafik janrda yazdığı bu kitabı gec oxuduğum üçün özümü qınayıram. Bütün çılpaqlığı ilə örnək həyatını, fərqli uşaqlığını qələmə alan müəllifin dostu Portuqa haqqında - "səni qəlbimdə dünyaya gətirərək öldürdüm" deməsi hər şeyə rəğmən düşünməyə vadar edən cümlədir. Əslində 5 yaşı olan və bütün yaşıdlarından seçilən, dəcəlliyi ilə sevilməsə də ağlı ilə diqqət çəkən Zezenin timsalında yüzlərlə belə sevgiyə ehtiyaclı uşaq və böyüklər var. Bu kitabı valideynlər oxumalıdır ona görə ki, övladlarının nə istədiyini anlasın, uşaqlar oxumalıdır ona görə ki, ilk baxışdan öldürəcəm dediyi şəxsləri başqa cür "öldürməyin" yollarını tapsın, eynilə Zeze kimi... (Bu cümləni lüğətimin zəifliyinə bağışlayın.) Şirin Portağal Ağacım
1000Kitap
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018275,2bin okunma