Habil Yaşar

Habil Yaşar
@Habil_Yashar
Habil Yaşar-Şair&Yazar-Prezident təqaüdçüsü. Azərbaycan Yazıçılar, Dünya Gənc Türk Yazarlar&Ədəbiyyat fondunun üzvü.5 kitab müəllifi.Yeddinci ayın yeddisi ilk roman. Rənglər Pandemiyası adlı ikinci roman yazılır.
Şair, Yazar, Pedaqoq, Publisist, Redaktor, Tv aparıcı, Tədqiqatçı
Roma Biznes Universteti
Bakı
Bakı
122 okur puanı
Eylül 2019 tarihinde katıldı
Yeddinci ayın yeddisi-Habil Yaşar
Xəyalların sənin qanadlarındır. Amma mübarizəsiz qurulacaq hər bir xəyal tamamilə əhəmiyyətsiz, yersizdir. Özünü aldatmaq istəmirsənsə ruhuna bax, vicdanının səsini dinlə. Məqsədin varsa tərəddüd etmə, istiqamət götür. Səhvlərindən nəticə çıxara bilməyəcək qədər zəif deyilsən. İnamından başqa hər nə itirirsən itir. İnamını itirmisənsə demək hər şeyi itirmisən. Ümidsiz sabahlar acı dünənlərdən heç də az acınacaqlı deyildir. Keçmişini bir yuxu kimi xatırla, amma gələcəyini yuxulu olaraq qurma. Nəfəs aldığın hər anın dəyərini bil və hər anın içində necə dəyərli şeylər yaşana biləcəyini unutma. "Yeddinci ayın yeddisi" Habil Yaşar
AzərKitab·Kitabı okuyacak
Alıntı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Yeddinci ayın yeddisi-Habil Yaşar
Sevginizi qaranlıqlara həbs etməyin. Ruhunuzu sevgisizliklə cəzalandırmayın. İtirdiklərinizi yenidən qazanmağa çalışın. Qazandıqlarınızı yenidən itirməyin. Bütün cəhalətlər sevgisizlikdən və bütün sevgisizliklər cəhalətdən doğar. Sevginin özü ilə danışmağı bacarın və taleyinizi sevgi ilə müəyyənləşdirin Yeddinci ayın yeddisi
AzərKitab·Kitabı okuyacak
Alıntı
Yeddinci ayın yeddisi-Habil Yaşar
Görəsən xəstəliklərə çarə tapan tibb, nə zamansa ürək yanğısına əlac edə biləcəkmi? Gün gələcək ulduzlara səyahət edə biləcək insanlar, öz əzablarından qurtula biləcəkmi? Elm sizi müəyyən rahatlığa qovuşdurmaqla yanaşı, müəyyən çətinliklərin öhdəsindən gəlməyə təkan verə bilər, amma ruhunuzdakı o gerçək hüzurü tapmanıza heç bir qaranti verə bilməyəcəkdir. İllərin sevinci acılardan doğan bir damla göz yaşında əriyib gedərkən hansı əbədi xoşbəxtlikdən danışmaq olar. Varmı o əbədi xoşbəxtlik? Bəşəriyyət var olandan bəri əbədi xoşbəxtliyi axtararkən fitnə-fəsadlar, qısqanclıqlar, müharibələr və s içində boğulmadıqmı? Hansı kitab, hansı din, hansı peyğəmbər, hansı filosof o əbədi xoşbəxtliyi bizə bəxş edə bildi? Gözləri daima gülümsəyən bir insan varmı və əgər varsa mənə göstərə bilərsinizmi? Və ya, bir ovuc xoşbəxtliyi qazanmaq üçün nə qədər mübarizə apardığımızın fərqindəmiyik? Bəzən bir gün deyil, bir il deyil, o bir ovuc xoşbətliyin dadına baxmaq üçün ömrümüzü fəda etmirikmi? Hətta çoxlarımız o bir ovuc xoşbəxtliyin uzaqdan qoxusunu belə hiss etmədən yaşamırıqmı? Qaranlığı hər addımında hiss edən insanın ürəyində günəş daima parlaya bilərmi? Və beləcə mövcudluğumuzdan bu yana həmişə labirint içində çıxış yolu tapmağa çalışırıq? Ümidləndiyimiz hər bucaqda yanıldığımızın şahidi olur və şahid olduğumuz hər yanılqıda bir ümid axtarırıq. Yeddinci ayın yeddisi
AzərKitab·Kitabı okuyacak
Alıntı
Yeddinci ayın yeddisi
Nifrət etdiyin hər zaman biri olacaq amma birinə görə hər kəsə nifrət edə bilməzsən... Habil Yaşar
AzərKitab·Kitabı okuyacak
Alıntı