Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cənnət

Cənnət
@Haciyeva92
İmam Cəfər Sadiq (ə) buyurur: Allah taala qeyrətlidir və bütün qeyrətliləri sevir.
Fatımatü'z Zehra Gül'ün Gül'ü
Fatımatü'z Zehra Gül'ün Gül'ü
9 okur puanı
Mayıs 2020 tarihinde katıldı
Reklam
Ustadın bu dərman kimi sözlərini su ilə içmək lazımdır İndi bir nəfər bizə pislik eləyib, bir balaca pislik. Həmin pislik düz əlli iləcən zehnimizdə qalır. Bir kişi deyirdi ki, bir nəfər mənə qarşı tərbiyəsiz söz işlətmişdi. Bilmirəm, iyirmi ya otuz ildən sonra o, ölən zaman mənə deyəndə ki, filankəs ölüb, ilk ağlıma gələn həmin ( tərbiyəsiz) kəlmə oldu. Bu həmin adam idi ki, mənə qarşı o kəlməni işlətmişdi. Bu tip düşüncələr ( psixologiya) dar psixologiyadır. İstənilən birisi öz psixoloji düşüncə tərzini genişləndirə bilər. Biri bizə zülm eləyib, ay Allah bağışla onu. Möminlərin Əmiri buyurdu ki, istəyirsinizmi ki, Allah sizi bağışlasın?! ( o zaman siz də bağışlayın). Biz istəyirik, Uca Allah bizi əfv eyləsin, ( gərək) biz də başqalarını əfv edək.. Mərhum Şeyx Seyyid Muhəmməd Riza Hüseyni
Sizi incidənlər üçün daha çox dua edin. Bu işdə İlahi rənglilik var. Biz də Allaha pislik edirik, O bizə yaxşılıq edir.

Okur Takip Önerileri

Tümünü Gör
Kömək əli uzadan ilk növbədə özünə əl tutur. Şərt deyil ki, bu yalnız maddi yardım olsun. Bəzən xoş bir söz bir faciənin önün kəsir, yerdən bir kibrit çöpü götürmək yaşlı bir təmizləyicini bel sancısından xilas edir, valideynə xüsusi hörmət bəsləmək 60-70 ilin ağrı-acısını unutdurur. Sən bir sərvət sahibisən, lakin banka yatırılmayan sərvət, qəlbə yığılmış gözəlliklər. Əsirgəmə...
Allaha ən çox təşəkkür edəniniz insanlara ən çox təşəkkür edəninizdir. – İmam Səccad
Reklam
Bir zamanlar şiə məzhəbinin müfəssirlərindən biri olan Cənab Şeyx Muğniyə əsərlərinin birində (təfsir kitabının müqəddiməsində) belə bir cümlə yazmışdı: - Mən Allahı görürəm amma Allah məni görmür Həmin zaman üçün çox böyük ixtilafa səbəb olan bu cümlə bir məqama çatdı ki, hətda söz sahibini "təkfir" etməyə də başladılar. Müəllif öz sözünə belə şərh vermişdi: "Mən Allahı görürəm - yəni, həmin İmam Əlidən olan hədis "görmədiyim Allaha ibadət etmərəm" aləmin hər yerində Allahın əsəri var. Amma Allah məni görmür - yəni, Allah məndə bəndəçilik görmür. Bu əzəmətdə olan Allahı mən hər yanda görürəm amma mən kiçiklikdə olan bir vücudda bəndəçilik görünmür..." Bu açıqlamadan (şərhdən) sonra söz sahibini düzgün başa düşmədiklərini anlayan alimlər cənab Şeyx Muğniyədən üzr istəyərək, ciddi səhv etdiklərini etiraf etmişdilər. Bu hekayəni yazmaqda məqsədim, əksər zamanlarda istər alimlər arasında, istərsə də siravi kütlə arasında yaranan ixtilafların böyük əksəriyyətinin "tərəflərin bir-birlərini düzgün başa düşməmək"dən qaynaqlandığını çatdırmaqdır. Hər zaman qarşı tərəfin nə dediyinə yox, nə demək istədiyinə baxın!
Allah rəhmlilərin ən rəhimlisidir. Bizim üçün rəhmət, salamatlıq, xeyir, xoşbəxtlk, həyat istəyib.. Yaratdıqlarından istifadə etməmizi istəyir. Şeyx Seyyid Hadi Mudərrisi
Nəhc ul-bəlağəh tovhid və ədl barədə buyurur: Tovhid budur ki, ( Allahı) xəyalında canlandırmayasan, (ağlına nə gəlsə, O, deyil).. Ədl isə budur ki, ( heç bir halda) ittiham etməyəsən (təqsiri Yaradanda görməyəsən.) İkicə cümlədir, lakin altında mərifət dənizləri yatır.. Mərhum Şeyx Seyyid Muhəmməd Rıza Əl-Huseyni
Pərvərdigara! Bizi də köhnə və lazımsız əşya hesab et! Belə ki, bəzən kimsə gəlib metallom və lazımsız əşyalar yığdığını deyir. Sən də bizi heç olmasa o səviyyədə al və qəbul et! Şeyx R. Xəyyatın duası. Hətda Xomeyni (r ə) ömrünün son anlarında camaatdan istəyir ki, Allah - Təalanın onu qəbul etməsi üçün dua etsinlər.
Ruhunam, tərki-bədən olmağa hazır deyiləm🥀
Reklam
Sevdim.Deyə bilmərəmki, heç sevmədim.Çox şeyi sevdim.Qeybət etməyi çox sevdim,yalan danışmağı çox sevdim,birinə əsəbləşəndə arxasıyca kibirli halda olub-olmayanı danışmağı çox sevdim,əsəbləşəndə dişimin dibindən çıxanı deməyi çox sevdim,dadlı təamları tez-tez yeməyi çox sevdim,əsəbləşəndə qəlb qırmağı çox sevdim,birini deyəndə beşini deməyi çox sevdim.Gördün məndə sevməyi bacarıram.Üzür istəyirəm çox üzür istəyirəm o,qədər şey sevirəmki, səni sevməyə vaxtım olmadı,qəlbimdədə yer qalmayıb axı.....😞 Bağışlama məni Allahım! Nə qədər desəmdə səni çox sevirəm,amma baxıram yalan demişəm az sevmişəm.Əgər səni həqiqətən sevsəydim bunları belə sevməzdim axı mən 😞
Görən içindəki səs, Hara qədər yüksəlir? Ürəyində danışma, Qulağıma səs gəlir. Elə gözəl susursan, Başa düşürəm səni. Bəlkə elə susmağın, Atıb getməkdir məni. Vacibdirsə getməyin, Gəl belə et əzizim. Başını çiynimə qoy, Yuxuya get əzizim.
Ustad deyir,ariflər heç vaxt insanlarla uyğunlaşa bilmirlər.Çünki qarşılıqsız sevir,qarşılıqsız təbəssüm edir,qarşılıqsız qayğına qalır,qarşılıqsız başına dönür və.s.Lap analar kimi,vallah! (Molla Sədranın nəzərinə görə,kamil insan öz tutumu qədər Allahın kamallarını özündə əks etdirir.Lap göydə saçan günəş kimi,təmənnasız saçır,təmənnasız becərdir və.s) Ustad Aqşin Ağayev
“Yaxşılıq və ehsan et, istər layiq olana, istərsə də ona ləyaqəti çatmayana. Çünki yaxşılığa layiq olmayana belə yaxşılıq etmiş olsan, sən yaxşılığın fəzilətini qazanmış olursan”. — Peyğəmbər (s)
110 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.