sevda

sevda
@HasSvd
4 okur puanı
Temmuz 2022 tarihinde katıldı
@HasSvd·
·
sabitlendi
Martindən spoiler
Puan vermedi·392 syf.··
2023 2. kitabı
Fikrimcə, sənətkarlıq ziddiyyət yaratmayıb, hər kəs tərəfindən birbaşa anlaşılıb, mətləbi tez hali edib, ideyada fikir ayrılığı deyil də, biryönümlülük ortaya qoyursa, təbriklər! O artıq sənətkarlıq nümunəsi olmaqdan çox uzaqdadır. Ümumiyyətlə, yaradıcıya oxucu kütləsi və müzakirə əhli maraqlı olmamalıdır. Yaradıcılığı yaradıcının həyat instinkti, daxili aləminin ehtiyacı, məcburiyyəti hesab edirəm. Bütün oxuculara təzahür etmək kimi məqsədi olmayan və eyni zamanda təzahür etdiyi oxucularda fikir ayrılığı ortaya qoyan, qəlib və meyara sığmayan, daha dəqiq desəm, müzakirələrdəki tənqidlərdən, kəskin fikirlərdən, tərif və tərənnümlərdən heç bir halda dəyəri azalıb, artmayan, sadəcə, bəşəriyyətin ovcuna anidən düşən, onun varoluşuna kimi elə bir tələbimizdən xəbərsiz olduğumuz, amma o əsərdən sonra, yeni tələbimizin mövcudluğu haqda bizi düşündürən, elə öz təkrarolunmazlığını, novatorluğunu qoruya bilən əsərlər aktuallığını saxlayacaq, seviləcək, bəlkdə də heç sevilməyəcək Tam da bu fikirlərimlə üst-üstə düşən, məni bitdikdən sonra boşluğu izlətdirən əsər Cek Londonun "Martin İden"əsəri oldu. Əsər bitəndən bəri sanki yol yoldaşımı bilinməzlikdə qoyub gəlmişəm hissi yaşadıb mənə. Əsərin fabulası çoxşaxəlidir. Avtobioqrafik məzmun daşıyan əsərdə ictimai-fəlsəfi problemlərə geniş yer verilib. Baş qəhrəman Martinin timsalında əzmin, iradənin, sevginin, mübarizənin qüsursuzluğunu görsək də, ayrıldığı mənsəb ilə(əslində, heç vaxt ora aid olmayan), çatmaq istədiyi( əslində isə, ona heç vaxt lazım olmayan)mənsəb arasındakı yolun ayracında,tamamilə, bu yollara aid olmadığını,əsərin lap başından qabarıq verilməsə də, 3-cü yolun-fərdiyyətçiliyin mərkəzindən çıxış etdiyini görürük. Əsərdə hadisələr Martinin Morzlargilə dəvət alması ilə başlanılır.Əlbəttə, Martin hörmət əlaməti
Duygu ve Düşünce
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025134,8bin okunma
Reklam

sevda

, bir kitap okudu
Puan vermedi·392 syf.··
2023 2. kitabı
Jack London
8.9/10 · 134,8bin okunma