Şüuraltımızda etdiyimiz hər hərəkətin, sevdiyimiz hər şeyin bir mənası.
Məsələn mənim uşaqlıqdan bəri oynamağı sevdiyim tək oyun dominodur. Və deyəsən mən bunun səbəbini bilirəm. Həyatımda olan və dəyər verdiyim hər insanla sanki domino oynayıram. Və rəqibim hər dəfə səhv edəndə, oynamağa düzgün daşı olmayanda ona bir şans verirəm. Bazara get və düzgün daşı seç. Bu bir tərəfdən qarşı tərəfə davam etmək üçün şans versə də digər tərəfdən də onu məğlubiyyətə bir addım daha yaxınlaşdırır. Ona görə gərək düzgün daşları yerləşdirsin və daha bir səhvə yol verməsin. Beləcə oyun davam edir. Şans, bir şans daha, bir şans daha.. Və budur mən artıq sonuncu daşı yerləşdirdim və oyun bitti. Ola bilər sənin səhvlərini düzəltmək üçün başqa daşların var, amma mən daha oynamıram.