Aytəkin Həsənova

Aytəkin Həsənova
@Hasanova_00
Fərman Kərimzadə "Çaldıran döyüşü"
Puan vermedi·400 syf.··
2023 6. kitabı
·
71 günde okudu
·
Okunma: 18 Temmuz 2023 18:13
Romanı çox həvəslə oxudum. Məni o dövrə apardı. Əsərimizin baş qəhrəmanı dövlət başçısı, sərkərdə, məhşur şair Şah İsmayıldır. Əsərdə onun ağılı və uzaq görən siyasətindən söhbət açılır. Romanda göstərilir ki, onun dövlət qurması və hakimiyyət başına keçməsi heç də asan olmamışdı. Çünki o dövrün siyasi vəziyyəti çox mürəkkəb idi. Ağqoyunlu dövləti parçalanmış onun bir qoluna Murad Mirzə başçılıq edirdi. Romanda Şah İsmayılın onunla olan mübarizəsi təsvir olunmuşdu. Murad Mirzə məğlub olmuşdu. Döyüş ərəfəsində Muradın bacısı Taclıbəyim şah İsmayıla sığınmışdı. Taclıbəyim ilə Şah İsmayıl bir - bir ni sevir. Amma buna saray adamları etiraz edir. Çünki Taclıbəyim bir Ağqoyunlu idi. Onlar başqa biri ilə evlənməyi məsləhət görürlər. Biz burada saray adamlarının hər bir məsələdə ehtiyyat etdiyini görürük. Şah İsmayılın daima sözə, sənətə, elmə çox böyük önəm verən biri idi. Bu səbədən də o romanda əl məclisləri qürur.Bu məclislərdə özü də iştirak edir. Əsərdə bir çox tarixi şəxsiyyətlər iştirak edir. Onların çoxu sənət adamlarıdır : Məhşur rəssam Kemaləddin Behzad, Nəvai, Fizuli, Qurbani. Romanda Qurbani ilə bağlı səhnələrə daha çox yer verilmişdir. Sah İsmayılın ona böyük hörməti var. Ona görə də hansı döyüş olur olsun, onu da mütləq aparardı. Onun dilindən tökülən hər söz bir xəzinə dəyərində idi. O yanğılı şeirləri çox. İdi. Ətrafındakı insanlara da çox maraqlı gəlirdi ki, Qurbanının səsi, bu dağı, daşı, yandırır amma özü yanmır. Əsərdə onun Pəri xanıma olan sevgisi ön plana çəkilmişdir. Əsərdə Qurbani ilan sancması nəticəsində dünyasını dəyişir. Əsərdə digər maraqlı səhnələrdən biri Kərbəla ziyarətində olarkən Şah İsmayılın Hürün qəbrini açdırmasıdır. Bir oxucu olaraq bu səhnədə onun bu hərəkətindən narazı qalıram. Ancaq Fərman Kərimzadə romanda onun hər bir
Çaldıran DöyüşüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 096 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·400 syf.··
71 günde okudu
·
2023 6. kitabı
Fərman Kərimzadə
8.8/10 · 96 okunma
Güc - kobud, qaba güc hər cür gözəlliyin, xoşbəxtliyin düşmənidi. O kor - koranə axan seldi, meşəyə düşən yanğındı. O yaşatmır, o məhv eləyir, viran qoyur.
Sayfa 145·Kitabı okudu
Peyğəmbərimiz Qurani - şərifdə deyib : "Düşmənindən qorxma, uzaq başı səni öldürəcək, dostundan qorxma, son ayaqda səni satacaq. Qorx laqeyd adamdan. O adamdan ki, nə dostluğu bilinir, nə düşmənçiliyi."
Sayfa 122·Kitabı okudu
Güclü hökmdar qorxmadan, çəkinmədən böyük, nəhəng döyüşlərə girir və qalib gəlir. Torpaq qazanır. Həmin torpaq vətən oğullarının qanı ilə suvarılandan sonra orada elə bağ salmaq lazımdır ki, əsrlərə çiçək açsın. Torpaqda xış işləməsə, bağ salınmasa, həyat dayanar.Torpağın gözəlliyi əkindi,biçindi, çiçəkdi, taxıldı, ağacdı... Onu gözəlləşdirmək adı insanların payına düşüb. Bəs vətənin şöhrətini artırmaq necə? Ona görə də ilhamı insanlar doğulur. Onlar şeir yazır, buna tikir, rəsm çəkir. Bu elə bir sənətdir ki, heç vaxt ölmür, heç vaxt yaddan çıxmır. Sənətkarları güclü olan ölkənin şöhrəti də uzaqlara gedir.
Sayfa 94·Kitabı okudu