Aytəkin Həsənova

Aytəkin Həsənova
@Hasanova_00
Fərman Kərimzadə "Çaldıran döyüşü"
Puan vermedi·400 syf.··
2023 6. kitabı
·
71 günde okudu
·
Okunma: 18 Temmuz 2023 18:13
Romanı çox həvəslə oxudum. Məni o dövrə apardı. Əsərimizin baş qəhrəmanı dövlət başçısı, sərkərdə, məhşur şair Şah İsmayıldır. Əsərdə onun ağılı və uzaq görən siyasətindən söhbət açılır. Romanda göstərilir ki, onun dövlət qurması və hakimiyyət başına keçməsi heç də asan olmamışdı. Çünki o dövrün siyasi vəziyyəti çox mürəkkəb idi. Ağqoyunlu dövləti parçalanmış onun bir qoluna Murad Mirzə başçılıq edirdi. Romanda Şah İsmayılın onunla olan mübarizəsi təsvir olunmuşdu. Murad Mirzə məğlub olmuşdu. Döyüş ərəfəsində Muradın bacısı Taclıbəyim şah İsmayıla sığınmışdı. Taclıbəyim ilə Şah İsmayıl bir - bir ni sevir. Amma buna saray adamları etiraz edir. Çünki Taclıbəyim bir Ağqoyunlu idi. Onlar başqa biri ilə evlənməyi məsləhət görürlər. Biz burada saray adamlarının hər bir məsələdə ehtiyyat etdiyini görürük. Şah İsmayılın daima sözə, sənətə, elmə çox böyük önəm verən biri idi. Bu səbədən də o romanda əl məclisləri qürur.Bu məclislərdə özü də iştirak edir. Əsərdə bir çox tarixi şəxsiyyətlər iştirak edir. Onların çoxu sənət adamlarıdır : Məhşur rəssam Kemaləddin Behzad, Nəvai, Fizuli, Qurbani. Romanda Qurbani ilə bağlı səhnələrə daha çox yer verilmişdir. Sah İsmayılın ona böyük hörməti var. Ona görə də hansı döyüş olur olsun, onu da mütləq aparardı. Onun dilindən tökülən hər söz bir xəzinə dəyərində idi. O yanğılı şeirləri çox. İdi. Ətrafındakı insanlara da çox maraqlı gəlirdi ki, Qurbanının səsi, bu dağı, daşı, yandırır amma özü yanmır. Əsərdə onun Pəri xanıma olan sevgisi ön plana çəkilmişdir. Əsərdə Qurbani ilan sancması nəticəsində dünyasını dəyişir. Əsərdə digər maraqlı səhnələrdən biri Kərbəla ziyarətində olarkən Şah İsmayılın Hürün qəbrini açdırmasıdır. Bir oxucu olaraq bu səhnədə onun bu hərəkətindən narazı qalıram. Ancaq Fərman Kərimzadə romanda onun hər bir
Çaldıran DöyüşüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 096 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·80 syf.··
2023 5. kitabı
·
25 saatte okudu
·
Okunma: 09 Mayıs 2023 12:45
Fyodor Dostoyevskinin " Utancaq qız" əsəri həqiqətən insan ruhuna çox təsir edir. Əsərdə çox çəkinən, utancaq bir qız var. Bu qız yetimdir. İki xalası ilə qalır. Ancaq qızın xalaları onunla çox pis rəftar edir. Hətta qızın hələ 14 yaşı var amma onu 50 yaşında bir bakkala ərə vermək istəyirlər. Ancaq bir səlimçi qızı çox sevir. Qızı bu çətin vəziyyətdən xilas etmək üçün,qızın xidmətçisi Lukeriyadan kömək istəyir. Qız bu səlimçi ilə evlənir. Əsəri oxuduqca görürük ki, onlar evli olsalarda aralarında bir - birinə qarşı soyuq rəftar var. Onlar bir - biriləri ilə çox az söhbət edirlər. Günlərin bir günü qız pis xəstələnir. Bu xəstəlik tam 6 ay çəkir. 6 ay ərzində səlimçi və Lukeriya qızın qayğısına qalırlar. Qız sağaldıqdan sonra onlar arasında münasibətlər yaxşılaşmağa doğru gedir. Qız ərinə söz verir ki, ona qarşı çox sədaqətli olacaq. İkicə saatlıq evdən ayrılan səlimçi geri qayıtdıqda evlərinin həyətinə çoxlu insanın toplaşdığını görür. Qız özünü pəncərədən ataraq intihar edib. Səlimçi və Lukeriya çox sarsılır. Qız nə üçün intihar etmişdi? Əslində müəllif bu sualın cavabını oxucuya buraxır. Bir oxucu olaraq mənim fikrimcə qız bəlkə də verdiyi sözləri yerinə yetirə bilməyəcəyinə görə öz həyatına son qoymuşdu. Hər oxucu müxtəlif cür düşünə bilər.
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 202010,9bin okunma
Puan vermedi·80 syf.··
2023 4. kitabı
Aleksandr Puşkinin" Qafqaz əsiri " poeması bir nəfəsə oxuya biləcəyiniz bir əsərdir. Əsərdə bir əsir Qafqaza gətirilir və o burada bir qızla tanış olur. Onların arasında baş verən hadisələr bədii boyalarla öz əksini tapmışdır. Bu əsər müəllifin Qafqaza sürgün olunduğu vaxtlarda yazılmış, onun Qafqaz mövzusuna həsr etdirdiyi əsərləri sırasına daxildir.
Qafqaz əsi­riAleksandr Puşkin · Qanun Nəşriyyatı · 067 okunma
Puan vermedi·416 syf.··
2023 3. kitabı
Ceyms Fenimor Kuperin "Sonuncu Mogikan" əsərində göstərilir ki, 1755-1763-cü illərdə İngilislər və Fransızlar arasında onlara aid olmayan bir ərazi uğrunda mübarizə gedir. Hindular isə bu ərazinin sahibləridir. Əsərdə Hinduların yaşam tərzi və adət ənənələri göstərilmişdir. Əsərdə Şahingöz, Çinkakçuk, Alisa, Kora, Vilhelm, və başqa obrazlar iştirak edir. Sonda baş qəhramanımız ölür. Əsər haqqda özüm daha ətraflı danışmaq istəmirəm ki, sizlər oxuyanda marağınız qaçmasın.
Sonuncu MogikanJames Fenimore Cooper · Qanun Nəşriyyatı · 0443 okunma
Puan vermedi·272 syf.··
2023 2. kitabı
Yusif Səmədoğlunun "Qətl günü" romanında iki ayrı - ayrı dövrə baş vermiş hadisələri özündə əks etdirir. Birinci dövr Qacar dövrü, ikinci dövr isə represiyya dövrünə təsadüf edir. Əsərdə obrazlar çoxluq təşkil edir. Əsərdə Kirlikir adlı bir siçan obrazı da var.
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014162 okunma