“İnsan, tükənir. Ən sevdikləri tərəfindən anlaşılmamaq, dinlənilməmək daxilən gücsüzləşdirir. Sonra susursan, içinə qapanırsan. Səni incidən hər şeylə aranda sərt divarlar hörməyə çalışırsan. Başlarda alınır.
Sonra ani bir söz, bir davranış yenə səni parçalara bölür. Yenə başlayırsan iç səsinlə danışmağa; düşüncələrin susmur. Bu incinmə deyil əslində, bu insanlara olan ümidini, sevgini itirməkdi. Qorxursan, üzülürsən.
Bilirsən niyə? İçindəki sevgi ölər deyə. Bu da tükənsə, yaşaya bilmərəm deyə. Halbuki ruhun çoxdan tükənib, cismin isə bilmir neyləsin. Bütün insanlığı qucaqlamaq istədiyin halda, bu dünyanın altında əzilirsən.”