Amil Hasanov

Amil Hasanov
@Hasanovamil
Bu ucuz qul bazarında Satılır vicdan ucuz İnsan ucuz Xistəliylə fəxr eləyir Məhv eləyir biri-birini Keçirib boynuna Günahın zəncirini Kəndirini
Reklam
Çox əcəb dövrüdü bu, məni bihuş eləyir Könlümə ağu əzib, gözümü xoş eləyir Utandım salam verməyə, sərxoş ikən ona mən Bir də gördüm ayılıb,fəqiri nuş eləyir *** Adını sirdaş edib, sirrini faş eləyir Qurunun oduna düşən, biçarə yaş eləyir Yaşariykən sənə o, vəd edir heykəlini Elə ki çıxdı canın, qara bir daş eləyir *** Kimki sülhdən danışır, nişana tuş eləyir Bilmərəm fikri nədir, məni çaş-baş eləyir Mən öz arzum ilə gəlmədim dövrə qəti Baxdım ki ,vallah özü mənə göz qaş eləyir
Doğularkən heç bir söz bilmirsən. Yaxşı və ya pis insan kateqoriyasından heç birinə aid deyilsən. Səni sən edən eşitdiklərin,gördüklərin olur.... Oysa ki, heç də ciddiyə almırıq nə dinlədiklərimizi. Böyüməmişlərin böyütdüyü toplum da məhz buna görə böyüməmişləri gözündə çox böyüdür.

Reader Follow Recommendations

See All
İlk düşmənin kim olduğunu hər kəs bilir. İkinci düşmən qocalıb, əldən düşsə də ölməyə niyyəti olmayan,özünü hər kəsə cavan kimi göstərib, öldüyü təqdirdə hər şeyin daha da pis olacağı ilə manqurtlaşmağa meylli kəsləri aldadan ,Mentalitet adında biridir. Küçənin ortasında birini döysən sakitcə yanından keçən bu qoca əbləh, həmin döydüyün adamı öpsən, küçədə qanunlarına ziddir deyə səni daş-qalaq edəcəy. O qədər arsızdır ki, nəinki küçədə, ictimai yerlərdə, hətta az qala evinin içində də sənə yaşamağa izin verməməyə çalışır. Üzərində gücü olan kəsləri elə bir hala salıb ki, bu kəslər həyatlarının sömürüldüyünü bildikləri halda , sanki ən sevdiyi birinə qan verirmişcəsinə həvəslərinin damarını sakitcə uzadıblar bu qocanın stolunun üstünə... Arsız arsız yarışa belə giriblər biri-biri ilə ki "kim daha çox, qocanın qanunlarına uyğun qan verdi".
Düşüncə cəhətdən inkişafdan geri qalmaq səbəbimiz "kitab oxuyanların 90%-ni qadınların təşkil etməsidir".Qadınlar daha çox kitab oxuyur deyə geridə qalmışıq demirəm. Kişilər daha az kitab oxuyur deyə geridə qalmışıq deyirəm. Bunun ən başlıca səbəbi güclü görünmək totemidir. Çox mənasız bir fikir formalaşıb ki, intellekt və güclülük əks
Reklam
32 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.