Selma

Selma
@Hayallperestbiri
Je ne veux pas être fort,je veux être heureux
"Zəhmət olmasa əllərinizdən istifadə edərək hər iki gözünüzü yaxşıca bağlayın.Dünyanı görə bilirsinizmi?" 003:"Təbii ki,xeyr.Gözlərimiz bağlı şəkildə bu mümkün deyil." Ali:"Görə bilmirsən deyə bu dünya yoxdurmu?" 003:"Var.Sadəcə mən gözüm bağlı olduğu üçün görmürəm." Ali:"Bax,Rəbbimiz də belədir.O var və hər yerdədir.Sadəcə biz insanlar gözümüzü qapayaraq görmək istəmirik."
Reklam
003:"Bütün bu yaşadıqlarınıza baxmayaraq ALLAH'a təşəkkür edirsiniz?Axı O sahib olduğunuz hər şeyi yavaş-yavaş əlinizdən alır." Ali:"Sahib olduğum hər şeyi?Səhv edirsiniz,dostum.Heç nəyin sahibi mən deyiləm və heç zaman da mən olmadım.Sinəmdə çarpan ürək,aldığım nəfəs belə vaxtı çatanda geriyə qaytaracaq olduğum əmanətimdir.Var-dövlətim isə imtahanım.İndi sən de.Niyə və nəyə üzülüm?Mənim olmayan bir şeyi itirdiyimə görə mi?O verdi və O da alacaq.Ölüm haqdır.Ondan gəldik və Ona da geri dönəcəyik.Bir hədisi-şərifdə buyurulur:"Xəstə adamın günahları ağacdan yarpaq tökülən kimi tökülər" Çox şükür ALLAH verdiyi əmanətini qəfildən almadı və mərhəmətini əsirgəməyərək son dəfə dəyişməyim üçün bir şans daha verdi.Bunun özü böyük bir lütfdür.Zamanla anladım ki,pis yaradılışlı adam ALLAH'a yalvarmasın deyə ALLAH o adama dərd verməz.Bəla da bir nemətdir və hər adama verilmir.Elə bir nöqtəyə gəldim ki,hətta dərdlərimi sevməyə başladım.Mövlanənin dili ilə desək bilirəm ki,dərdi verən də məni sevir.Sevən sevdiyinin nazını ölçər.Sevilən çəkməsin də neyləsin?"
Bir anlıq öz məzar daşımı xəyal etdim.Orada nə yazılacaqları.Adım,soyadım,dünyaya gəldiyim və dünyadan köçdüyüm tarix...Arada isə bir tire–qısacıq bir tire.Hansı ki,ömrü ifadə edir.Sanki,xəyali məzarım deyirdi:"Yəni bu balaca tire üçün həyatı təlaş içində–heç ölməyəcəkmiş kimi yaşadın?Adəm Peyğəmbərin cəza olaraq göndərildiyi bu dünyadan sən nə gözləyirdin axı?

Reader Follow Recommendations

See All
"Əsgərlik ölmək işi deyil.Yaşamaq və yaşatmaq üçün edilir."
Əgər onlar İslam və Quranı bilsələr adam öldürməzdilər.Hər özünə müsəlman deyən müsəlman olmadığı kimi İslam da terror dini deyil.
Reklam
Pakizə Sudanın dediyi kimi: "Ondan ölməsini istəyəcək qədər çox nifrət edib,az sonra qollarında ölmək istəyəcək qədər çox sevirdim."
122 syf.
9/10 puan verdi
Əgər kitabı oxumadan əvvəlki mən olsaydım,bu yazıya "Kitabla tanışlığım bir təsadüf idi",-deyə başlayardım.Ancaq kitabı oxuduqdan sonra bunu təsadüf adlandırmıram.Oxumalıydım,çünki buna ehtiyacım var idi.Oxumalıydım,çünki Allahın varlığını bir daha içimdə hiss etməliydim. Kitabda məni də hər zaman düşündürmüş,amma cavab tapa bilmədiyim
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202342 okunma
Bir insanın sırf başqa insanlar xoşbəxt və hüzur içində yaşasın deyə canını fəda etməsindən daha gözəl nə ola bilər?
Təkcə onu deyə bilərəm ki,həyatımızda etdiyimiz səhvlərin çoxu düşünməyimiz lazım olan yerdə hisslərə qapılmaqdan,hisslərlə qərar vermək lazım olduğu zaman isə tam tərsi olaraq düşünməkdən irəli gəlir.
Reklam
Çox insan isə səbir etməyi yanlış başa düşür.Səbir heç nə etmədən bir şeyin olacağını gözləmək deyil.Səbir əlindən gələn hər şeyi etdikdən sonra nəyinsə olacağını gözləməkdir.Günümüzdə insanlar əksərən şanslarından şikayətçi olurlar.Heç zaman şansınızdan şikayət etməyin,çünki ALLAH səni yaratdı.Sən sənin ən böyük şansınsan.
ALLAH heç bir zaman dünyanın asan olacağını söyləmədi.Amma dedi ki, "ALLAH səbir edənlərlə bərabərdir." Enfal surəsi 6-cı ayət
Said:"Mən,bəlkə,xoşbəxt doğulmadım,amma xoşbəxt yaşamağa çalışdım.ALLAH Səcdə surəsi 17-ci ayət ilə bizə bir mesaj göndərir. "Heç kim özü üçün gizlənən müjdə və xoşbəxtliyi bilməz." Mənə görə,xoşbəxtlik sevdiyini əldə etməkdə yox,əldə olanı sevməkdədir.Hər şey düşdüyünüz situasiyaya münasibətinizdən asılıdır. "Nəyə nə cür baxarsaz,o da sizə o cür baxar." Mövlanə Cəlaləddin Rumi
1,991 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.