İdeoloji və dini kimliyi yox idi. Həvəslə ətrafında baş verənləri anlamağa calışırdı.
Dağlara baxırdı, küləyin səsini dinləyirdi.Göy gurultusundan qorxmurdu. Suda öz əksini görəndə qorxmurdu, çünki o əksdə nə yalan vardı, nə də hökm.
Təbiət onun üçün canlı, nəfəs alan, sevinc içində açan çiçək kimi idi.
Bir gün o, ağacın kölgəsində birisi ilə rastlaşdı. Üzündə sirli təbəssüm vardı.
Bu adam təbiətin ritmini pozan ilk fürsətçi idi.
O dedi:
Bax, bu ildırım sənin günahındır. Bu quraqlıq, bu yağış hamısı Tanrının qəzəbidir. O, sənin davranışını izləyir. Ona ibadət etməsən, səni cəzalandırar.
İlk insan təəccübləndi:
Axı mən yağışı sevirəm, dağa sığınıram.
Bu necə qəzəb ola bilər.
Fürsətçi gülümsədi:
Qorx. və mən sənə necə yaşamalı olduğunu deyim.Və o gündən insan yaşanmalı qanunları göylərdə axtarmağa başladı.
Təbiətin səsini eşitməz oldu cünki insan onunla danışmağı unutdu.
Tanrı qorxusu danışmağa başladı, itaət dinə çevrildi,bir zamanlar çiçəkdə, suda uşaq gülüşündə danışan Yaradıcı adına indi Tanrının kitabları, hökümləri danışırdı.
İlk insan bir gün ayıldı:
Baxdı ki, təbiət yenə oradadır. Qışın sərinliyində, yazın ilk çiçəyində.Sanki deyirdi:
Mən heç vaxt səndən getmədim. Sadəcə, sən qorxudan məni eşitmədin.