Soyuq şimal hərəkəti sevmir..çünki,həyat hərəkət deməkdir.Hərəkət edən nə varsa tənha şimal onu dondurub məhv edir.Dənizə axmaq istəyən suları dondurur,ağacların şirəsini qarsıdır.Tənha şimalın daha bir cəhəti var,insana qarşı amansızdır..Onun inadını qəzəblə sındırır.Çünki,insan dünyanın ən yırtıcı məxluqdur,çünki insan,bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə,onun "hər hansı bir hərəkət axırki donmalıdır"hökmünə qarşı çıxır.