Hesen İsmayıllı

Hesen İsmayıllı
@Hesenismail
Entrepreneur, Tour guide, Hotel guide, Bookseller
Turizm ve otel işletmesi, Tur rehberi
29 reader point
Joined on April 2020
150 syf.
·
Not rated
Hökmdar əsəri, intibah dövrünün məşhur dövlət xadimi Nikolo Makiavelli tərəfindən yazılmış və böyük mübahisələr doğurmuş bir əsərdir. Kitab işıq üzü görəndən sonra, elə kitabda da qeyd edildiyi kimi siyasət sahəsinə ikiüzlülük və özbaşınalığı əks etdirən "makiavelizm" termini gəlmişdir. Kitab, "Nikolo Makiavellidən - şöhrətli Lorenzo de Mediciyə" deyə başlayır. Makiavelli hökmdara xüsusilə bildirir ki, onun fikrincə bu kitab ona təqdim ediləcək qədər dəyərli olmasa da onu qəbul etsin. Yazıçı əsərdə, dövlət idarəçiliyini bir çox istiqamətdən şərh etmiş və istər xarici münasibətlərdə, istər ordu quruculuğunda, istərsə də daxili idarəçilik və digər mövzularda hökmdarların etməli olduqları barədə söz açmış, həmçinin müxtəlif dövrlərdə yaşamış hökmdarların səhvlərindən misallar gətirərək onların uğursuzluqlarını və eləcə də öz fikrinin doğruluğunu əsaslandırmışdır. Dövrün şərtlərini nəzərə alsaq, kitabda öz dövlətinin siyasətindən və hökmdarın əməllərindən bəhs etdiyi hissələrə çox az yer verməsi və sadəcə müsbət fikirlər qeyd etməsi, hətta təriflər söyləməsi bir az təbəssüm yaratsa da, edam edilməmək üçün əsas şərtdir deyə düşünürəm :) Kitabın hər bir bölməsi ayrı olaraq maraqlı və sürükləyicidir. Fikrimcə hər kəsin oxumalı olduğu və ya oxusa bəyənəcəyi bir kitabdır (istisnalar həmişə var). Əgər hökmdar olmaq istəyirsinizsə bu kitabı mütləq oxuyun :)
Hökmdar
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201815k okunma
Reklam
208 syf.
·
Not rated
·
Liked
·
Read in 6 days
Rey Bredberi elmi-fantastik janrın şahlarındandır desək yanılmarıq yəqin ki. Hadisələri və var olan yaxud olmayan hər hansı bir şeyi təsvir etməsi olduqca fərqli və cəlbedicidir, eyni zamanda bir o qədər də ustalıqla işlədiyinə işarədir. Bredberinin bu əsəri yenə də fantastikanın və eyni zamanda təxəyyülün sərhədlərini sınamış və nəticədə möhtəşəm
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201990.3k okunma
·
Not rated
Kitab keçən əsrin ortalarında yazılmış və həmin dövrü özündə əks etdirən möhtəşəm əsərlərdəndir. 1984 əsərini hələ ki oxumasam da Hayvan çiftliğini 1984-ə hazırlıq əsəri adlandırmaq olar deyə düşünürəm. Kitabda heyvanların özlərinə azadlıq qazandıqdan sonra heç fərqinə belə varmadan daha böyük bir əsarətin - öz içlərindən birinin əsarəti altına
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Ezr Yayıncılık · 2021249.2k okunma

Reader Follow Recommendations

See All
600 syf.
·
Not rated
Bir şəxs və 24 fərqli şəxsiyyət. Qeyri-adi və inanılmaz göründüyü qədər, həm də realdır. Çoxsaylı şəxsiyyət psixi diaqnozu qoyulan Uilyam Stenli Milliqanın (Billi) çətin, keşməkeşli, bir o qədər də əzablı və mən deyərdim ki, bir az da acınacaqlı hekayəsindən bəhs edən kitabda, Billinin uşaqlığından başlayaraq onun həyatı haqqında bir çox faktlar
Billi Milliqanın Sirli Hekayəsi
Billi Milliqanın Sirli HekayəsiDaniel Keyes · Qanun Nəşriyyatı · 2019522 okunma
168 syf.
·
Not rated
Kitab ötən əsrin ilk yarısında yaşamış və yaşadığı dövr ərzində SSRİ-də qısa zamanda ən yüksək statuslardan birinə yiyələnmiş olan Lavrenti Pavloviç Beriyadan bəhs edir. Bir çox araşdırmalar, dəlillər, arxiv sənədləri, həmin dövrdə yaşayan ziyalılarımızın və həmçinin Sovet Rusiyası liderlərinin xatirələrindən və bir çox başqa mənbələrdən toplanan
Beriya Müəmması
Beriya MüəmmasıDilqəm Əhməd · Çapar Yayınları · 03 okunma
Reklam