Kadınları korumaktan vezgeçmeniz lazım, onları farklı işler ve farklı uğraşlara baş-başa bırakın; izin verin ki asker olsunlar, denizci olsunlar, otomobil sürsünler, liman işçisi olsunlar. "Kadınlık korunmaya muhtaç bir varoluş olmaktan çıkınca her şey olabilir."
Virginia Woolf
Ələmdar düşündü ki, bəziləri kəşfiyyatçını, az qala, aktyora bənzədir. Amma, bu qətiyyən belə deyildi. Aktyor bir rolu ifa edəndə tamaşa qurtarana kimi girdiyi rolu tamamilə yaşaya bilərdi və əsl aktyor yaşamalı idi də. Kəşfiyyatçı isə roluna aktyordan yüz qat artıq təbiiliklə girməklə bərabər, özünün də kim olduğunu bir an unutmalı idi.
- Ən güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir?
-Kim?
-O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın.
-Başa düşmədim...
-Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki.