Aysun

Aysun
@Iceoonnn
Student -CE
UNEC
Sumgait
7 Ekim
83 okur puanı
Şubat 2022 tarihinde katıldı
Elm dediyin işıq kimi bir şeydir, çoxaldıqca qaranlığın ömrü azalır, adamın gözünə nur gəlir.
Sayfa 262 - pdf·Kitabı okudu
1000Kitap
Reklam
- Eh, əmi, - deyə Əhməd dərindən köksünü ötürdü, - elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
Sayfa 260 - pdf·Kitabı okudu
Edebiyat
Bilirsənmi, Salatın, oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar.
Sayfa 248 - pdf·Kitabı okudu
1000Kitap
Müəllim el anasıdır. Maarif gözlərin ziyasıdır.
Sayfa 115 - pdf·Kitabı okudu
1000Kitap
Gənclik qəlbinin sirlərini məgər axıra qədər başa düşmək olurmu? Orada cücərən meyllərin, parıldayan qığılcımların, kül altında qalmış köz kimi işıldayıb sönən arzuların sayını- hesabını bilmək, hansının alovlanıb parıldayacağını, hansının vaxtsız sönəcəyini əvvəlcədən demək olurmu?!
Sayfa 72 - pdf·Kitabı okudu
1000Kitap