Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Khadija

80 syf.
9/10 puan verdi
·
Beğendi
Qısa amma çox təsirli kitab axtaranlar üçün
Belə qısa bir kitabın hətta hekayə də demək olar, bu qədər təsirli ola biləcəyini düşünməmişdim.Somerset Moemin qələminə heyran qaldım ,bir sözlə. Bitirəndə görən niyə bu kitab o qədər tanınmayıb dedim. Təbii ki,Somerset Moem tanınmış yazıçıdı amma kitab tövsiyəsi istəyəniləndə əsərlərinə az müraciət olunur. Vaxt olduqca kitablarını alıb oxuyacam artıq. Nəysə keçək kitaba. Hekayəsindən çox danışmayacam onsuz qısadı süjeti. Qısaca deyim ki əsər ikinci dünya müharibəsi dövründə Alman əsgəri və fransız qız arasında cərəyan edir. Yəni müharibə əleyhinə yazılmışdır. Bu qədər qısa bir hekayədə müəllif müharibənin dəhşətini, ağrı acısını bizə o qədər ustalıqla hiss etdirir ki. Aclığın, səflətin insana nələri unutduracağını, iradəsini necə qırdığını müharibənin nəinki cəbhədəki hətta cəbhədən minlərlə kilometr uzaqdakı insanların həyatına necə dəhşətli təsir göstərdiyini göstərir bizə.Müharibənin necə bir fəlakət oluğunu bir dahaa xatırladır. Əsərdə sevdiyim bir məqamda obrazların psixologiyasının incəliklə yansıdılmasıdı. Artıq təsirli və kiçik həcmli kitab istəyən hər kəsə ilk tövsiyəmdir.
Qisas
QisasW. Somerset Maugham · Qanun · 076 okunma
Reklam
520 syf.
·
Puan vermedi
·
13 günde okudu
"Məsumiyyət Müzeyi" Orhan Pamuk qələmindən oxuduğum ilk əsərdi. Qələmini bəyəniyim üçün bundan sonra oxuya biləcəyim müəlliflər sırasındadır. Əslində kitabı 2 ildir ki oxumağı ağlımda tutmuşdum. Ancaq qismət olmurdu. Kitabla bağlı oxuduğum kiçik bir yazı diqqətimi cəlb etmişdi deyə məndə kitaba maraq yaranmışdı. Kitabın sevgi ilə bağlı
Masumiyet Müzesi
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202241,5bin okunma
110 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
Çingiz Aytmatovun yaradıcıllığından oxuduğum üçüncü əsərdir amma deyərəm ki, ən çox təsirləndiyim əsər də məhz "Dəniz kənarıyla qaçan Alabaş" oldu.Mən Çingiz Aytmatovu ilk bu əsərlə xatırlacam şəxsən. İndi qısaca əsərdən bəhs edim. Əsərdə bizi dəniz səfərinə çıxan dörd nəfər qarşılayır. İkisi orta yaşlı biri qoca olan bu üç nəfəri birdə Kirisk adlı uşaq müşahidə edir.Bu Kiriskin ilk dəniz səfəridir. Və sevinc ,həyəcan, qürur qarışıq duyğular içindədir. Povest bizə bu dörd nəfərin dəniz səyahətinə bir növ qonaq edir. Hər şey yolundaykən anidən yaranan tufan bu dörd nəfərin həyatını dəyişir. Müəllif yaşanan duyğuları, hadisələri, insanlar arasındakı münasibətləri o qədər ustalıqla təsvir edir ki, bir an həqiqətən ucsuz-bucaqsız dənizdə ac-susuz olduğunuzu düşünürsüz. Fədakarlıq, sevgi, ümid fərqli cəhəttən yansıdılır bizə. Sevdilərini yaşatmaq üçün öz həyatından vaz keçən üç obraz və həyata ümidlə tutunan, həyat sevgisini, gələcəyi təmsil edən bir uşaq.Bir növ duyğusal çıxmazlara düşürsən. Oğlunu yaşatmaq üçün yox heç olmasa ömrünü bir neçə saat uzatmaq üçün həyatından vaz keçən , həyatdan ayrılacağı üçün yox oğlundan ayrıla bilmədiyi üçün kədərlənən, amma bir tərəfdən bu həyatda ondan bir parça qaldığı üçün sevinən ata obrazı...Oxuyanları deyə bilmərəm amma bu səhnələr məni dərindən sarsdı.Bir sözlə, oxumaq istəyib də tərəddüd edənlərə şiddətlə tövsiyə edəcəyim bir əsərdir
Deniz Kıyısında Koşan Ala Köpek
Deniz Kıyısında Koşan Ala KöpekCengiz Aytmatov · Ötüken Neşriyat · 20183,905 okunma

Okur Takip Önerileri

Tümünü Gör
424 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Düzü mənim müasir yazıçılara qarşı əvvəl bir önyarğım vardı. Ancaq zaman keçdikcə qarşıma elə kitablar çıxır ki, artıq ümidliyəm müasir ədəbiyyatımıza qarşı. Bu səbəblə də kitaba ilk öncə tərəddüt etsəm də ümidlə başladım. Və yanılmadım. Həvəslə oxuyub bitirim. Kitabı bəyəndim hətta bundan sonra Rövşən Abdullaoğlunun digər ktablarını da oxumağa qərar verdim. Əsərdə bir çox mövzuya əlaqəli şəkildə toxunulması həmçinin obrazların ifadə etdiyi fikirləri bəyəndim. Ümumən məncə əsərin əsasında sevginin gücü dayanırdı. Sevginin obrazların həyatını necə dəyişdirdiyini görürük xüsusiylə Adriananın həyatında. Həmçinin müharibənin insanların həyatında yaratdığı faciələr. Əslində məncə müharibə əsərdə sevgiyə qarşı qoyulan sevgisizliyi təmsil edirdi. Kitabda elə hissələr vardı ki bir müddət təsirindən çıxmadım. "Həqiqətən insanlar bu qədər mərhəmətsiz, vicdansız ola bilərmi?" dedim öz-özümə Kitab sevimlilərim arasındadı artıq:)
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,054 okunma
376 syf.
·
Puan vermedi
·
9 günde okudu
Şeytan obrazını sevə biləcəyim ağlıma gəlməmişdi:)
"-Ancaq məni belə bir məsələ narahat edir: Əgər Allah yoxdursa, sual olunur, insan həyatını və ümumiyyətlə, dünyanı kim idarə edir? -Elə insan özü nizamlayır. -Bağışlayın, idarə etmək üçün gərək, heç olmasa, müəyyən bir müddətə dəqiq planın ola. İcazənizlə soruşum, insan necə idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün, deyək,
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20067,2bin okunma
Reklam
200 syf.
·
Puan vermedi
·
7 günde okudu
"Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun ən tanınmış publisist əsəridir. Əsərin adını çox eşitmişdim, alıb oxumağa qərar verdim. Düzü, kitabı alanda bir az tərəddüdlü idim. Çünki az-çox mövzusuna bələd idim. İndiyə qədər bu tipli kitab oxumamışdım oxuduğum bütün kitablar müəyyən süjetli
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999,8bin okunma