6 nömrəli Palata – Anton Çexov
Kitabı seçərkən artıq adından hiss edirdim ki, dərin və mənalı bir əsərlə qarşılaşacağam. Maraqlıdır ki, adətən oxuduğum qısa hekayələr barədə qalın kitablardan daha çox düşünürəm. .
Əsərin mərkəzində xəstəxananın baş həkimi Andrey Yefimiç dayanır. Onun həyatı monoton və ruhsuzdur: hər gün xəstəxanaya gedib-gəlir, zamanla gördüyü işlərə qarşı laqeydliyə qapılır. Bunun əsas səbəbi isə ətrafında onu anlayan, onunla dərin və mənalı söhbətlər apara bilən birinin olmamasıdır.
Hər şey Andrey Yefimiçin xəstəxananın 6 nömrəli palatasında saxlanılan İvan Dmitriçlə söhbətlərindən sonra dəyişir. Bu dialoqlar həyat, ölüm, ədalətsizlik və insanın taleyi kimi mövzular ətrafında qurulur. Həkim xəstəyə təsəlli verməyə çalışsa da, İvan Dmitriç savadlı, düşünən və güclü arqumentlər irəli sürən bir obrazdır.
Zaman keçdikcə həkimin onunla tez-tez söhbət etməsi ətrafdakılar tərəfindən birmənalı qarşılanmır və bir gün Andrey Yefimiçin özü də 6 nömrəli palataya salınır.
Artıq hərşeyi anlayırdı amma qərar verə bilmirdi bütün bu ədalətsizliyə göz yummaqmı dəlilik idi, yoxsa həqiqətləri dərk edib onları açıq - aydın dilə gətirməkmi?