Vuصal Huseynoو

Vuصal Huseynoو
@Jackfrost
Argumentum Ad Ignorantiam
Nə yeri, nə göyü vəd etmə bizə Nə mələk, nə şeytan uyutmaz bizi Bu qədər günahla, bu qədər dərdlə Yüz peyğəmbər gəlsə, ovutmaz bizi Bağışlama mənim günahlarımı Günahlar hər şeyi bilmək üçündür Mənim çırpınışım, mənim savaşım Bir gün öz əlimlə, ölmək üçündür
Reklam
Yetişib o zaman ki, soruşasan Tanrıdan Nə səbəbdən Quranın hər ayəsi xitabdır?! Fitnələr zənciri var boynunda bu dünyanın Günaha batdığından xərabədir, xərabdır Bir tərəfdə hamı cəm,bir tərəfdə didərgin Ey qismətləri bilən, bu nece haqq hesabdır?! Xərabəlik anası ağrı çəkib, şər doğur Xeyir oyanmır hələ, bu da bir inqilabdır
Sənə sözüm yoxdu daha Hamısını dedim, get Bir sevgi süfrəsi açdıq Mən payımı yedim...get Yaz vaxtından çıx bu gecə Eşq taxtını yıx bu gecə Mənimçün darıx bu gecə Səhər çıxım gedim...get