Yetişib o zaman ki, soruşasan Tanrıdan
Nə səbəbdən Quranın hər ayəsi xitabdır?!
Fitnələr zənciri var boynunda bu dünyanın
Günaha batdığından xərabədir, xərabdır
Bir tərəfdə hamı cəm,bir tərəfdə didərgin
Ey qismətləri bilən, bu nece haqq hesabdır?!
Xərabəlik anası ağrı çəkib, şər doğur
Xeyir oyanmır hələ, bu da bir inqilabdır
Sənə sözüm yoxdu daha
Hamısını dedim, get
Bir sevgi süfrəsi açdıq
Mən payımı yedim...get
Yaz vaxtından çıx bu gecə
Eşq taxtını yıx bu gecə
Mənimçün darıx bu gecə
Səhər çıxım gedim...get