– Bilirəm, Ben, – çənəmdən tutub üzümü özünə tərəf çevirdi, – şablon sözlər olmur, şablon insanlar olur. Sən mənim üçün xüsusisən, Ben. Odur ki, sənin dediyin ən mənasız şeyləri belə ən dərin mənalara qədər yozacağam. Nə istəsən de, mən onlara ötəri yanaşmayacağam. Sən mənim üçün xüsusisənsə sənin hər sözünə qarşı həssas olacağam, – deyib üzümə tökülən saçlarımı çətinlik çəkmədən arxaya darayıb alnımdan öpdü...