Arzular listimdə üzərində xətt çəkilməyən bir arzu qalıb. Sarı flomasterlə yazdığım bu arzu – maraqlı bir kimsənin həyat hekayəsini yazdırmaq, onu keçmişinə qaytarmaq idi və onun həyatını özüm də oxumalıydım. Amma belə maraqlı birini nə qədər axtarsam da hələ tapmamışdım. Bəzən mənə elə gəlirdi ki, ətrafımdakı insanlar hamısı androiddi. Hamısı eyni proqramlaşdırılıb. Eyni axmaqlıqlar, eyni zarafatlar, eyni həyat hekayələri. Onlara nə yazdırasan...