Jane Eyre

Jane Eyre
@Janette_
Bir kitabdakı obraz olmaq istərdim; heç nəfəs almayıb çox nəfəs aldıran...
"Mən millətimi sevirəm; çünki anamı sevirəm. Mən hamı dinləri və din gətirənləri sevirəm; çünki hamısının əsil məqsudi insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlər vaxtında insanları zəmanəyə müvafiq yaxşı yola dəvət ediblər, yəni ümumi bir nöqtəyə yeriş etmək üçün hazırlayıblar. Peyğəmbərlər gəliblər, heç vaxt deməyiblər: "Biz islam, xristianlıq düzəltmək üçün gəlmişik". Hamısı: "Biz insanları düz yola dəvət edirik" deyiblər..."
Sayfa 66·Kitabı okudu
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
-O vaxt sən mənə deyirdin, vaxtını əbəs yerə keçirmə, bir şey yaz. Amma mən fikir edirdim ki, bir mənim yazmağımdan nə olacaqdır və mənim inşalarıma kim diqqət edəcəkdir. Fikir edirdim: çox yaxşı, yazdım, kim oxuyacaqdır? Amma indi fikrimi dəyişdirmişəm, düşmüşəm sən düşən dərdə... -Necə? - İndi ancaq anlamışam: millətin fikrini biz çəkməyəndə bəs kim çəkəcəkdir?
Sayfa 48·Kitabı okudu
Axırda mənim: - "Türkcə yazmaq, oxumaq bilirsinizmi?" sualıma qız cavab verdi ki, "Türk dili nədir ki, ona gözəl vaxtımı çürüdəm və nəyə lazımdır..." Bu sözlər mənim qanımı dəxi də xarab edib davam gətirə bilmədim, xudahafiz, deyib çıxdım. sən özün türk qızı olasan öz dilini bəyənməyəsən! Özün türk övrəti olasan, iyirmi il bundan müqəddəm sadə türk külfətindən çıxasan, indi... Türk qızları ancaq əfsərə getməkdən və ya firəng dilini bilməkdən ötəri və öz dilini, millətini düşmən tutmaqdan ötəri mədəniyyətin dalınca gedirlərsə, heç getməsələr yaxşıdır...
Sayfa 43·Kitabı okudu
Morğe-səyyade-toəm, oftadeəm bər dame-to, Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon. Sənin ovladığın quşam, toruna düşmüşəm, Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.
Sayfa 24·Kitabı okudu
Bəlkə bir gün qaytarıldı bəlkələr...