Jane Eyre

Jane Eyre
@Janette_
Bir kitabdakı obraz olmaq istərdim; heç nəfəs almayıb çox nəfəs aldıran...
2002
66 okur puanı
Ocak 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
7/10
·304 syf.··
2024 6. kitabı
·
27 saatte okudu
·
Okunma: 23 Temmuz 2024 20:36
Leyla, 16 yaşlı Bosniyalı bir qızın tükürpərdici həyat hekayəsi... Əvvəla onu deyim ki, əsərin mövzusu demək olar Min Möhtəşəm GünəşMin Möhtəşəm Günəş, Relslər Üzərinə Uzanmış AdamRelslər Üzərinə Uzanmış Adam, Mənim PayımMənim Payım əsərləri ilə səsləşir. Qeyd etdiyim əsərləri bəlkə daha əvvəl fərqli bir yaş dövründə oxuduğum üçündür ki, LeylaLeyla-dan eyni təsiri ala bilmədim. Bəlkə də tərcümə bəzi hissləri ifadəyə kifayət etməyib... Hər bir halda müharibənin dəhşət doğuran üzünü açmağa kifayət edəcək ikrah dolu bir əsər olduğu danılmazdır.
Edebiyat & Roman
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,8bin okunma
Reklam
10/10
·330 syf.··
2024 5. kitabı
·
5 saatte okudu
·
Okunma: 21 Temmuz 2024 22:30
Kardeşimin hikayesi... Oxumağa başlayanda Serenad qədər təsirli ola bilməz düşüncəsi yaranmışdı, bu dəfə də yanıldıq, eyvallah:) Mən əsərin cinayət üzərində qurulduğunu zənn edərkən yazıçı Mehmetin hikayesi ilə əsərə tamam fərqli istiqamət verir. Bunu yenicə sindirməyə çalışan oxucu üstünə bir də hekayənin əsas qəhrəmanı ilə yaxından tanış olur...Son hissələr insanı dəhşətə gətirir... Çox axıcı, həyəcanverici, dramatik, maraq dolu, oxunması tövsiyə olunan bir əsər olduğu qənaətindəyəm.
Edebiyat & Roman
Kardeşimin HikayesiZülfü Livaneli · Doğan Kitap · 2019126,4bin okunma
4/10
·192 syf.··
2023 22. kitabı
·
6 günde okudu
·
Okunma: 19 Ağustos 2023 00:00
Xeyr, bir həftədir bu kitabı bitirməyə çalışmıram, əlbəttə, ilk 10 səhifəsindən sıxılıb kənara qoymuşdum, bu gün "yarım qalmasın" deyib yenidən oxudum. Nə yalan deyim sonunu elə gözləmirdim, təsirləndim, amma qeyri-adi, fərqli bir hekayə deyildi. Və ən əsası bədiilik, axıcılıq, süjet çox zəifdir. Adını bəyənib oxumaq istədim amma düşündüyüm kimi olmadığına təəssüf etdim. Bəlkə də yanaşma tərzim və kitab zövqüm bu qənaətə gətirdi məni. Hər kitabdan bir dərs çıxarırıqsa bu kitaba aid onu deyə bilərəm ki, sevdiklərinizin dəyərini bilin, sabah gec olmaqla məşhurdur... "Gec olsa da öyrəndim... Bəs gec olmaq heç olmamaqdan yaxşıdır deyirdilər, nə oldu?! Bildim ki, yalan imiş! Səndən sonra gecikməyin bağışlanmamağını öyrəndim."
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 2016201 okunma
10/10
·626 syf.··
2023 21. kitabı
·
13 saatte okudu
·
Okunma: 14 Ağustos 2023 01:12
Məncə, "Jane Eyre" qadın tutumunun ən gözəl təzahür formasıdır. Kitabı oxuduqca sanki Ceyn ilə bərabər böyümüş, onunla birlikdə çətinliklərlə üzləşmiş, Mr Rochesterlə bütün söhbətlərində yaxından iştirak etmiş oldum. Bəlkə də ingilis ədəbiyyatında "çox axıcıdır" deyə biləcəyimiz nadir əsərlərdəndir. Süjeti bir o qədər də maraqlı, sonu düşünə bilməyəcəyimiz qədər qəribə... Mr.Rochesterin Ceynə olan sevgisini, diqqətini, yanaşma tərzini yazıçı o qədər gözəl incəliklə qələmə almışdır ki, oxuduqca duyğulanmamaq əldə deyil... "Yakınımda olduğun zamanlar...sanki sol kaburqamın altında bir yerde ip varmış da bu ip senin sol kaburqana sımsıkı bir kördüğümle bağlanmış." Mən hər dəfə bir klassik əsər oxuduğum zaman "bundan yaxşısı ola bilməz" deyirəm, amma hər dəfə də yanılıram... Tövsiyə üçün təşəkkür edirəm, əzizim:) @Gasimova_1__
Jane EyreCharlotte Brontë · Can Yayınları · 201842,1bin okunma
6/10
·448 syf.··
2023 20. kitabı
·
19 günde okudu
·
Okunma: 01 Ağustos 2023 17:04
Tərcümə nə qədər məyus etdisə də gözəl əsər olduğunu deyə bilərəm. Hər şey bir yana mən Attikus Finçlər cəmiyyətini görməyi arzu edirəm... "Ölkədə elə bir yer var ki, orada hamı bərabərdir, bu təşkilatın adı məhkəmədir."(Günümüzə nə qədər uyğundur sual altındadır) Əlavə olaraq irqi ayrı-seçkiliyə dair yazılmış ən gözəl əsərlərdən biri olduğu qənaətindəyəm. Əsəri oxuyanlar haqq qazandıracaqdır, oxumayanlar üçün tövsiyə edə biləcəyim kitablardandır. Son olaraq; Nə üçün Bülbülü öldürmək ?
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,6bin okunma
Reklam