Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bülbülü Öldürmək

Harper Lee

Yorumlar ve İncelemeler

Tümünü Gör
448 syf.
8/10 puan verdi
·
8 günde okudu
Harper Lee. "Bülbülü öldürmək"
。⁠・⁠/⁠//⁠/⁠・⁠。 。⁠・⁠/⁠//⁠/⁠・⁠。 Hamıya salam! Növbəti on ikinci kitab incələməm ilə gəldim! Bu dəfəki kitabımız
Harper Lee
Harper Lee
Bülbülü Öldürmək
Bülbülü Öldürmək
"Əgər nişan ala bilsən, bütün mavi zığ-zığlara atəş aç, amma bir şeyi unutma, bülbülə atəş açmaq günahdır." ( səhifə 148) Bu cümləni mən belə başa düşdüm; Tutaq ki, "mavi zığ-zığ"= pis niyyətli,
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
Reklam
448 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Sonlara doğru spoiler var!
Bəzi kitablar olur; oxuyursan, oxuduqca oxumaq istəyirsən, səni yormur, dərin düşünməyini tələb etmirmiş kimi görünür, amma edir. Doğrusu, qapağını örtəndə şok keçirdiyim bir kitab deyildi. Amma bir səyahətə çıxsan alıb əlinə yoldaca bitirərsən. Aldım əlimə kitabımı, uzaqlaşdım olduğum məkandan, ətrafımdakı insanlardan sanki bir kənardan Skautun
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
448 syf.
10/10 puan verdi
·
10 günde okudu
“İstediğin kadar saksağanı vur vurabilirsen ama unutma, bülbülü öldürmek günahtır.” Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsinden behs edir. Skaut ve Cimin qardas-baciligi,her defesinde bir-birlerine arxa olmagini oxumaqdan zovq aldim.O dovrun irqi-ayri seckliyini,qara derili insanlarin ne qeder haqli olsalar bele sirf derilerinin rengine haqsiz veziyyete,bu haqsiz veziyyetle Tom Robinsonun ozunu oldurmeyi.Hemise sirrli olan Boo Radleyin son anda Cim ve Skautu xilas etmesi,artiq Bo Radleyin xeyali bir varlig oldugunu dusunurdum.Yazar 60'ci illerde kicik bir seherde yasayanlarin heyatini daha yaxsi tesvir ede bilmezdi.Attikus seni de unutmadim her zaman fikrimde mukemmel ata personaji olaraq qalacaqsan:)
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
448 syf.
·
Puan vermedi
·
33 günde okudu
Bülbülü Öldürmək
Kitab həqiqətən əla idi, kitabın müəyyən yerlərində qəfil hiss dəyişikliklərinə məruz qalır insan. İrqçilik , haqsızlıq , insanların yaşayış tərzləri və digər insanlara münasibətləri çox kiçik incəliklərə qədər işlənib.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
Reklam
448 syf.
7/10 puan verdi
·
63 günde okudu
Harper Lee
Kitabı bitirdiyinizdə üzərinizdə təsir qoya bilməsi yazarın müəyyən qədər hədəfinə çatdığını göstərir. Amma gəl gör ki, məhkəmə hissələrinə qədər kitabı çox az maraqla və növbəti baş verəcəklərə qarşı laqeyd şəkildə oxuyurdum. Bu nöktədə həqiqətən zirvələrə qoyduğumuz yazarları oralara boşuna qaldırmadığımızı anlayıram, çünki kitab yazmaq sadəcə düzgün qrammatika və oxucuya bir məna, anlam ötürməkdən savayı həm də, hadisələrin ən maraqsız sujet xəttində belə oxucunu kitab başında tutmağı bacarmaqdır. Yenə Rus klassiklərinə xitab eləmiyəcəm, buna ehtiyac da yoxdur. Bütün oxucuların fikirlərinə hörmət edirəm, amma fikrimcə bu kitaba çox maraqlı deyən biri "bəzi" klassikləri oxuyanda gərək ki qanad çalıb göylərə uçsun. Kitabı ümumilikdə götürsək və nəticəyə baxsaq, oxumağa dəyər, rəfinizdə yer tutmağa layiq bir kitabdır. Əlbəttə ki "ən üstdə" yox. (Deyəsən idealistəm, bu qədər bəyənməməzlik elədiyimə görə) Bu dəfə Jan Luiza Skaut Finçin atasına dediyi sözlə bitirirəm: Ata, axı bülbülü öldürmək günahdır, elə deyil ?
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
İrqçilik ideoloji bir düşüncə deyil,əksinə psixoloji bir xəstəlikdir.
"-Sən zənciləri müdafiə edirsən Atticus? -Əlbəttə,müdafiə edirəm.Zənci demə Scout,bu kobud səslənir. -Məktəbdə hamı belə deyir. -Bundan sonra o hamıdan bir nəfər əksiləcək." 1960-cı ildə ilk nəşrindən indiki zamanadək kitabsevərlərin rəfində özünəməxsus yeri olan bu kitab Amerikanın cənubunda baş verən irqçilik və bərabərsizlikdən bəhs edir. Kitabın mənim üçün ən önəmli tərəfi irqçilikdən əlavə,geridəqalmış bir cəmiyyətdə bi atanın uşaqlarını necə böyütməsi gərəkdiyini çox gözəl izah etməsi idi.Və yazıçı bunu 7 yaşlı balaca Scoutun gözündən çox yaxşı təsvir edib. Onu deyim ki,kitabın demək olar ki ortalarında Scoutun qız olduğunu öyrənməyim məni şok elədi Kitaba başlayandan oğlan olduğunu sanırdım və uşaqlar ona Bayan Scout deyəndə qorxaqlıq elədiyi üçün ləqəb taxdıqlarını düşünmüşdüm :D Ədəbi dəyəri böyük olan və insanın oxuduqda çox şey öyrəndiyi bu əsəri mütləq əldə edin. Son olaraq mənim çox sevdiyim bir cümləni paylaşacam: •"İrqçilik ideoloji bir düşüncə deyil,əksinə psixoloji bir xəstəlikdir."-Malcolm X Malcolm X'in də dediyi kimi irqçiliyin,rasistliyin hər cürəsi xəstəlikdir,yox edilməli virusdur.Görünüşünü özü seçə bilməyən bir insanın irqiylə,diliylə,diniylə onu mühakimə etmək sadəcə cahil insanların bacarığıdır.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
355 syf.
6/10 puan verdi
·
33 günde okudu
Kitab mənə Çərpələng uçuranı xatırlatdı. Orada da hadisələr uşağların gözündən canlanır. Amma kitabda çox təsir edici yer görmedim. Attikus iti öldürür, sonra zenci qətlə yetirilir, Jan Luizaya hücum olunur amma qatil özü müəmmalı şəkildə ölür. Yəni əsər bir növ yazarın sanki uşaqlıq xatirələrindən bəhs edirdi. Çox istədimki əsərdə qırılma yeri olsun və dayanmadan oxuyum. Amma olmadı. Əsər yekun etibarı ilə insanları mehriban olmağa səsləyir və elədidə. Məsələn Jan luizanın nitqi atasını öldürməyə gələn qolu zorluların əlindən xilas edir. Təqdirə layiqdir. Amma istərdimki Zəncinin ölümünə və ya əsərdə Boo Radleyi daha ön plana çəkə bilərdi. Amma əsər edə biləceyindən daha azını edib. Yenədə oxumağa dəyər
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
448 syf.
9/10 puan verdi
·
50 günde okudu
9 yaşlı qızcığazın danışdığı bu həyat hekayəsi məndə yalnız saf və ülvi hisslər oyatmaqla qalmadı. O həmdə ədalətin, vicdanın, mərhəmətin və bərabərliyin bir uşaq gözündə necə canlandığını ən incə detalına qədər anlatdı. Harper Lee bu əsərində dövrünün ən qlobal problemi olan irqçiliyə toxunub. O, həmin dövr Amerikası üçün məxsus olan adətlərdən və ənənələrdən çoxlu nümunələr göstərib. Ağ dərili insanların qaradərililərə qarşı olan münasibəti kitabın əsas motivi olsa da, yazar cəmiyyətin digər problemlərini də bizə göstərib. Anasını itirmiş və atasının himayəsində böyümüş iki az yaşlı uşağın özünə məxsus tərbiyəsi xüsusi diqqət cəlb edir. Həmin dövr üçün kifayət qədər qeyri adi olan uşaqlar - Skaut və Cim ətrafda baş verənlərə verdikləri reaksiya ilə necə də gözəl və nümunəvi böyüdüklərini kitabın hər sətirində sanki sübut ediblər. Kaş bütün uşaqlar eyni tərbiyə və sevgi ilə böyüdülsə...Kitabdan yazmaq çox olar, çox danışmaq olar. Amma gözəllik və saflığını yalnız bu sözlərlə ifadə edə bildim. Tərcümə səhvləri həddindən artıq çox olsa da, onlar kitabın gözəlliyin arasında itə bilib. Tövsiyə edirəm
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
Reklam
448 syf.
6/10 puan verdi
Tərcümə nə qədər məyus etdisə də gözəl əsər olduğunu deyə bilərəm. Hər şey bir yana mən Attikus Finçlər cəmiyyətini görməyi arzu edirəm... "Ölkədə elə bir yer var ki, orada hamı bərabərdir, bu təşkilatın adı məhkəmədir."(Günümüzə nə qədər uyğundur sual altındadır) Əlavə olaraq irqi ayrı-seçkiliyə dair yazılmış ən gözəl əsərlərdən biri olduğu qənaətindəyəm. Əsəri oxuyanlar haqq qazandıracaqdır, oxumayanlar üçün tövsiyə edə biləcəyim kitablardandır. Son olaraq; Nə üçün Bülbülü öldürmək ?
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
448 syf.
·
Puan vermedi
·
17 günde okudu
Jean Luice Scout balaca, 5 yaşında bir qızdı. Qardaşı Jem, atası Atticus ilə Mellborn adlı bir qəsəbədə, qara və ağ dərili insanların bir-birinə düşmən olduğu dövrdə yaşayır. Anası onu dünyaya gətirərkən ölmüş, o gündən ona və qardaşına Cal - dayələri baxmışdı. Atası Mellbornun tanınmış hüquqşünaslarından biri idi. Scout və qardaşı Jem bütün yayı qonşuluqda yaşayan və hər yayı burda xalasının yanında keçirməyə gələn Dilllə keçirirdilər. Elə bütün hadisələr də üçünün bir yerə yığışdığı yay aylarında baş verirdi. Kitab yazarın 40 ildən çox yazarlıq etdiyi dönəmdən sonra yazdığı ilk romanıdır. Nobel mükafatına layiq görülmüşdür. Kitabda çox maraqlı məqamlar var. Xüsusən rasizmlə bağlı deyilən fikirlər həqiqəti əks etdirir. Kitabı oxuyarkən uşaqlıqda necə hər şeylə maraqlanan olduğumuzu, mistik şeylərin bizi necə həyəcanlandırdığını, təhlükəli olduğunu bilə-bilə etdiyimiz hər hərəkəti bir daha yadımıza salmış oluruq. Daha sonra böyüdüyümüzü, özümüzün və ətrafdakıların bizə olan münasibətinin dəyişdiyini, formalaşdığımızı Scout bir-bir bizə izah edir. Ən əsası isə özü ədalət keşikçisi olan bir atanın uşaqlarının həyatındakı rolu və ədalətli yanaşması kitabın ən dəyərli hissələrindən biri idi. Məncə oxuyun, “Minlərlə sığırçın öldürə bilərsən, amma bülbülü öldürmək günahdır” cümləsini anlamaq üçün oxuyun. Ədalət, münasibət, rasizm, faşizmin 90cı illərdə necə aktual problem olduğunu anlamaq üçün oxuyun.
Bülbülü Öldürmək
Bülbülü Öldürmək
Harper Lee
Harper Lee
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Çox təsirli, dramatik romandır. “Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib. Harper Lee həmişə öz kitabını sadə sevgi hekayəsi adlandırıb. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur. “Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. Roman ilk dəfə 1960-cı ildə nəşr olunub, elə həmin ildə də bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1961-ci ildə Pulitzer mükafatına layiq görülüb, daha sonra kitab əsasında film çəkilib.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
·
Puan vermedi
harper lee'nin toplumsal adelet ve eşitlik kavramlarını, avukat bir baba ve çocuklarıyla ile ilişkileri üzerinden, sade bir dille anlattığı harika romanı. temelde zamanın amerikasindaki siyah beyaz eşitsizliği ve neredeyse irkciligi üzerine kurgulanan roman aslında toplumun her kesimindeki eşitsizliklere vurgu yapıyor. beni en çok etkileyen ise avukat baba olan atticus'un, çocuklarıyla olan iletişimi ve onları otoriter bir baba figürü olmaksızın kurduğu ilişkiyle onların evrensel kavramlar üzerine düşünmelerini sağlamasiydi. sanki romanın içerisine bir babalık dersi görülüyor. Pulitzer ödüllü muhteşem bir kitap.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
448 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Herkesin bir çeşit ırkçı olduğu kitap
Kitabın dilinin sadeliği ile aktarmaya çalıştığı anlamın derinliğinin oluşturduğu tezatlık bu kitabı değerli kılan en güzel nokta kanımca. Kitabın en akılda kalan cümlelerinden olan ''İstediğin kadar saksağanı vur vurabilirsen ama unutma, bülbülü öldürmek günahtır.'' cümlesindeki metafor pek kimse tarafından yakalanmamış gördüğüm kadarıyla. Saksağanı vurmak neden bir suç değil de bülbülü öldürmek bir suç bir düşünmek gerek. Ayrıca kitapta ırkçılık sanırım herkesin gözünden ayrı ayrı anlatılıyor. Ana konu olan beyaz-zenci ayrımının yanı sıra Atticus'un çocuklarını üstün olarak görmesi, Alexandra Hala'nın kadının toplumdaki yeri hakkındaki düşünceleri ve en iyisi de iki kardeşin Öcü Radley hakkındaki düşünceleri. Görmedikleri, tanımadıkları bir kişi için gereksizce korku duymaları. Bir yorumda Öcü Radley'in hikayeye hiçbir katkısı olmadığını söylemiş birisi. Bir de bu gözden bakın derim. Bilmediğin bir şeyden korkarsın. Bu da bir çeşit önyargıdır. Kitabı okurken Jem ve Scout kardeşlerle beraber büyüyorsunuz sanki. Irkçılığın yaşamın her yerinde olduğu bir hayatı adım adım keşfediyorsunuz. Bunlar olurken bu iki kardeşin ve arkadaşları Dill'in kasabada nasıl vakit geçirdiğini, oynadıkları oyunları okurken resmen bir çocuk olup başlıyorsunuz onların yanında 1930'ların Amerika'sını çocukların gözünden keşfetmeye. Kitabın tek kötü yanı ilk 20-30 sayfasındaki oldukça gereksiz (ya da benim kaçırdığım detaylar yüzünden gereksiz bulduğum) Finch ailesinin tarihinin anlatıldığı bölüm. Açıkçası kitabı az daha bırakıyordum...Aman diyim. İyi okumalar :)
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.