“ Oğlumuz ayda 3.000₼ maaş alır, altında maşını var, 3 universitet bitirib, falan filan yerlərdə işləyib, falan filan ölkələri gəzib, falan filan dilləri bilir, falan filan hədəfləri var.
Qızımız da gözəldi, Allah xeyirin versin. “
Qadınlar heç vaxt status, bacarıq, güc olaraq özlərindən aşağı bir kişiylə münasibət qurmazlar.
Kişilər isə görünüşünü bəyəndiyi istənilən qadınla münasibət qura bilərlər, fərq etmir nə işlə məşğuldur, nə geyinir (marka olaraq), nə bilir, nə qazanır.
Hətta deyərdim ki, kişi uğurlu və öz ayaqları üstündə dura bilən qadındansa, köməyə ehtiyacı olan, məzlum görünüşlü qızları üstün tutur.
Kişilər yaradılışı gərəyincə sahiblənə biləcəyi, idarə edə biləcəyi, sözünə qulaq asacaq qadınları
Qadınlarsa ona sahib olacaq, qoruyacaq, təhlükəsiz hiss etdirəcək, onu və ondan doğulacaq uşaqlarını sıxıntısız maddi olaraq qarşılaya biləcək kişiləri seçir.