Qanbatte!
Əlindən gələni et, heç vaxt təslim olma, irəliyə doğru davam et!
Uzun müddətdir ki, yapon mədəniyyətinə və ədəbiyyatına maraq göstərməyə başlamışam. Kitabları oxuduqca səyahət edə biləcəyim yerləri not alıram. İkigai-dən sonra ilhamverici kitablarından biri də məhz Qanbette oldu.
Qeyd edim ki, yeni bir metod, daha produktiv, pozitiv olmaq istəyən şəxslər üçün maraqlı kitabdır. Həyatda hər çətin görünən şeyin arxasında əslində davamlılıq göstərməklə irəli getməyin mümkün olduğunu yaponların Qanbatte fəlsəfəsi izah edir.
Vaxtınız olsa, tövsiyyə edirəm ki, oxuyasınız.
Xoş mütaliələr!