Bookslam

Bookslam
Sevgi, nifrət, şeytan!
Puan vermedi·464 syf.··
2026 2. kitabı
Rus klassik ədəbiyyatından məni həmişə maraqlandıran F.Dostoyevski olub. Kitablarını, əsərlərini gördükcə həmişə alıb, oxumaq istəmişəm. Master və Marqarita əsəri də tələbəlik illərimdə yenidən məhşurlaşmışdı, hamı tərifləyir, bir-birinə tövsiyyə edirdi. Amma uzun təsvirlər, klassik rus ədəbiyyatı nümunəsi olması məni həmişə kitabdan yan qaçırırdı. Bugün oxudum və bitirdim. Bir neçə aydır ki, fasilələrlə oxuyuram. Təqribən iki ay. Məncə bu kitabı başa düşməkçün onu sürətli oxumaq mümkün deyil. Çünki 3 əsas hekayə bir-biri ilə elə incə iplərlə bərkidilib ki, onu yalnız diqqət və səbrlə oxuduqda başa düşmək mümkündür. Əslində sujet xətləri sevgini, həmin dövrdəki rus incəsənəti, ədəbiyyatındakı yolsuzluqları, insanların riyakarlığını, ilahi qüvvələrin cəzalandırma texnikalarını birləşdirir. Master və Margarita isə sevgi nümunəsi kimi əsərin əvvəlindən sonuna qədər davam edir. Lakin bu sevgi də saf, təmiz deyildi. Evli qadın və realist masterin sevgi oyununda dəfələrlə uduzub, qazandığı bir hekayəsi var. Uzun bir yola çıxmaq istəsəniz, oxuyun. Tövsiyyə edirəm.! Master və Marqarita Mihail Bulgakov
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 201410,2bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Qanbatte!
Puan vermedi·184 syf.··
2026 1. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Ocak 2026 18:02
Qanbatte! Əlindən gələni et, heç vaxt təslim olma, irəliyə doğru davam et! Uzun müddətdir ki, yapon mədəniyyətinə və ədəbiyyatına maraq göstərməyə başlamışam. Kitabları oxuduqca səyahət edə biləcəyim yerləri not alıram. İkigai-dən sonra ilhamverici kitablarından biri də məhz Qanbette oldu. Qeyd edim ki, yeni bir metod, daha produktiv, pozitiv olmaq istəyən şəxslər üçün maraqlı kitabdır. Həyatda hər çətin görünən şeyin arxasında əslində davamlılıq göstərməklə irəli getməyin mümkün olduğunu yaponların Qanbatte fəlsəfəsi izah edir. Vaxtınız olsa, tövsiyyə edirəm ki, oxuyasınız. Xoş mütaliələr! Qanbatte!
1000Kitap
Qanbatte!Albert Liberman · Teas Press · 202432 okunma
Gecəyarısı bir kitabxanada
Puan vermedi·282 syf.··
2025 4. kitabı
·
18 günde okudu
·
Okunma: 12 Eylül 2025 09:22
Həyatımızı ideal həyata, ən yaxşısına çevirmək üçün hər gün yüzlərlə qərar veririk. Ya da daha əvvəl verdiyimiz qərarlara görə təəssüf edirik. Görəsən belə etsəydik, necə həyatımız olardı deyə düşünürük. Bəs bizə o qərarları verdiyimiz halda nəticəsində yaranan həyatları yaşamaq imkanı verilsəydi, necə olardı? Kvant fəlsəfəsi, Paralel həyatlar həmişə fikrimi çəkən mövzu olub. Bununla bağlı kinolara, seriallara baxmışam, kitablar oxumuşam. Bu kitab isə bir növ oyanışdır. Düşünün hər səhər işə gedəndə mən niyə burdayam, vaxtında "bunu" etsəydim başqa cür olardı deyib, deyinə-deyinə və ya əksinə məmnun halda işə gedirik. Bir anlıq fikirləşirik ki, çox varlı olmalıydıq, müdir olmalıydıq, valideyn olmalıydıq, uşaq vaxtı sevdiyimiz hobbini davam etdirsək, indi o sahənin ən yaxşısı olardıq. Əslində isə həyat şəhərlər kimidir. Hansısa küçələrini sevmiriksə, o demək deyil ki, bütün həyata nifrət etməliyik. Yaşadığın küçəni, mənzili, sürdüyün avtomobili, sağlamlığındakı problemi, qərarını verməli olduğun məsələləri həll etmək üçün potensialın olduğu müddətcə sən SAĞsan. Sağ olduğun müddətcə təəssüf etmək üçün heç bir səbəbin yoxdur. Sadecə, qərar ver, addım at, potensialını düzgün istifadə et. Təəssüf etdiyin hər şeyi hətta reallaşdıra bilsəydin belə, o qərarın nəticəsində yaşayacağın həyatı sevməyə bilərdin. Onlarla motivasiya kitabı oxumuşam. Həyatı rutinləşdirmək, vaxtı idarə etmək, şüuraltı düşünmək, hansısa biznes bacarığını inkişaf etdirmək və s barədə. Bəzən bir roman oxuduğun yüzlərlə kitabdan daha dəyərli izlər buraxa bilir. Bu həmin o kitablardandır. Şiddətlə tövsiyyə edirəm! Gece Yarısı Kütüphanesi
Roman
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,8bin okunma
Dünyanı dəyişən rəssam
Puan vermedi·344 syf.··
2025 3. kitabı
İnsan etdikləri ilə nə qədər qürur duysa da, onların nəticələrini, gələcəkdə bu hərəkətlərin digər insanlara təsirini tam olaraq məncə heç vaxt görmür. Bəzən bütün gün gördüyümüz işin əslində hər şeyi necə dəyişdiyinin fərqinə varmırıq. Həmişə ən yaxşısı, ən mükəmməli üçün çalışırıq, amma nəticə etibarilə üzərindən zaman keçdikcə hər şey köhnəlir və geriyə qalan yalnız xatirələr olur. Ono, tanınmış yapon rəssam da bu əsərdə xatirələri ilə öz yaşlılığını bəzəyir. Hər nə qədər ölkə üçün əhəmiyyətli, onun gələcəyi, gəncləri üçün vacib işlər görsə də, yaşı artıqca etdikləri bəzən yolunu kəsir, bəzən ona peşmançılıq, bəzən də qürur hissi verir. Maraqlı və axıcı roman idi. Bir gündə yarısından çoxunu oxuyacaq qədər axıcıdır. Bir növ Mark Levy-nin əsərlərindəki zamanda hərəkəti, axıcılığı, hadisələrin bir-biri ilə əlaqəsinin birdən kəsilib başqa bir istiqamətə yönəlməsi texnikalarına oxşar məqamlar var idi. Tövsiyyə edirəm, xüsusilə keçmişə, xatirələrə bağlı insansınızsa. Xoş oxumalar.
Dəyişən dünyanın rəssamıKazuo Ishiguro · TEAS Press Nəşriyyat Evi · 2018758 okunma
Puan vermedi·206 syf.··
2025 2. kitabı
Rezonans qanunu kitabı dostlarım tərəfindən dəfələrlə mənə tövsiyyə olunmuşdu. Adətən bu cür kitabları oxumağı sevmirəm, çünki internetdə bu tip məqalə və videovloqlar çoxdur. Lakin bu dəfə oxumaq qərarı verdim və oxudum. Fikrimcə düz qərar idi. Kitab hamımızın bildiyi bir çox şeyi detallı və psixoloji əsaslarla izah edir. Enerjimiz, onu yönəltdiyimiz istiqamətdən bəhs edir. Pis və yaxşı düşüncələrimizin bizə hakim kəsilməsindən və hər yaşadığımız hadisənin təsadüf olmamasından danışır. Fikrimcə oxusanız, heç nə itirməyəcəksiniz. Əksinə, enerjinizin daha müsbət və yerində istifadə edilməsinə maraq göstərəcəksiniz. Rezonans Kanunu
1000Kitap
Rezonans KanunuPierre Franckh · Koridor Yayıncılık · 202526,1bin okunma