Tahmini Okuma Süresi:
5 sa. 13 dk.
Sayfa Sayısı:
184
Basım Tarihi:
2024
Yayınevi:
Teas Press
Orijinal Adı:
Ganbatte!
ISBN:
9789952573367
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Qanbatte!
Puan vermedi·184 syf.··
2026 1. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Ocak 2026 18:02
Qanbatte! Əlindən gələni et, heç vaxt təslim olma, irəliyə doğru davam et! Uzun müddətdir ki, yapon mədəniyyətinə və ədəbiyyatına maraq göstərməyə başlamışam. Kitabları oxuduqca səyahət edə biləcəyim yerləri not alıram. İkigai-dən sonra ilhamverici kitablarından biri də məhz Qanbette oldu. Qeyd edim ki, yeni bir metod, daha produktiv, pozitiv olmaq istəyən şəxslər üçün maraqlı kitabdır. Həyatda hər çətin görünən şeyin arxasında əslində davamlılıq göstərməklə irəli getməyin mümkün olduğunu yaponların Qanbatte fəlsəfəsi izah edir. Vaxtınız olsa, tövsiyyə edirəm ki, oxuyasınız. Xoş mütaliələr! Qanbatte!
1000Kitap
Qanbatte!Albert Liberman · Teas Press · 202432 okunma
“Qanbatte” – Heç Vaxt Təslim Olma Fəlsəfəsi
8/10
·184 syf.··
Beğendi
·
2025 23. kitabı
·
14 günde okudu
·
Okunma: 21 Mart 2025 12:12
“Qanbatte” – Yapon mədəniyyətindən ilhamlanaraq, insanın şəxsi və peşəkar inkişaf yolunda daha güclü və məqsədyönlü olması üçün yazılmış motivasiyaedici bir kitabdır. Kitabın adı yapon dilində “əlindən gələni et” və ya “əsla təslim olma” mənasını verir ki, bu da onun əsas ideyasını əks etdirir. Əsas məqamlar: 1. İş etikası və səbr – Yaponların çalışma mədəniyyətindən bəhs edilərək, daim inkişaf etməyə və mükəmməlliyə doğru irəliləməyə fokuslanır. 2. Dəyişikliklərə uyğunlaşma – Oxucuya həyatda çətinliklərlə qarşılaşdıqda dayanmaq əvəzinə irəliləmək və yeniliklərə açıq olmaq öyrədilir. 3. Kiçik addımlarla böyük uğurlar – Kaizen fəlsəfəsinə əsaslanaraq, davamlı inkişafın kiçik, lakin dayanıqlı addımlarla mümkün olduğu vurğulanır. 4. Motivasiya və daxili güc – Uğura çatmaq üçün insanın daxili enerjisini necə qoruyub saxlaya biləcəyi izah edilir. Kitab oxucuya öyrədir ki, hər şey bir gecədə dəyişməz. Əsas olan, öz yolunda davam etmək, kiçik də olsa, irəliləyişlər etmək və səbirli olmaqdır. Yaponların Gambaru (çətinliklərə baxmayaraq çalışmağa davam etmək) fəlsəfəsi bu kitabda çox gözəl təqdim olunub.
1000Kitap
Qanbatte!Albert Liberman · Teas Press · 202432 okunma
9/10
·184 syf.··
Beğendi
·
2025 2. kitabı
Albert Liberman - Qanbatte Qanbatte (Gan-ba-tay) yapon dilində Əlindən gələni et! Davam et və təslim olma mənasını verən bir anlayışdır. Onun arxasında vabi-sabi və ikiqai yaponlarq xas olan düşüncə tərzi durur. Kitab çox sadə, anlaşıqlı dildə yazılıb. Həyatın istənilən çətinliklərində, problemlə qarşılaşanda qanbatte deməyi bacarmaq lazımdır. Bizə dayanmaq, fasilə vermək və yenidən başlamağı tövsiyə edir kitab. 10 qanbatte qaydası: 1. Əlinizdən gələni edin. 2. Qayanı isidin. (Yaponların atalar sözündə deyildiyi kimi, bir daşın üzərində üç il fasiləsiz oturmaqla onu əritmək olar)səbr və yavaş-yavaş irəli. 3. Səhv irəliyə aparır.(Səhvlərdən nəticə çıxarıb, təkmilləşmək) 4. Çevik və möhkəm olun. 5. Vaxtında imtina edin. (Qatardan vaxtında düşün, yol uzandıqca geriyə qayıtmaq daha çətin olur) 6. Eyni zamanda həm ayaqlarınıza , həm də üfüqə baxın. (Planlarınızı ağlınızdan çıxarmayın) 7. Rituallar finiş xəttindən daha mühümdür. (Yaponlar üçün məqsədə doğru yol nəticənin özündən daha mühümdür) 8. Hər şey zehində başlayır.( Bir şeyə nail olmazdan əvvəl onu zehninizdə canlandırın) 9. Səyahətdən zövq alın.( Hərəkətdə olmaq müvəffəqiyyətin özüdür) 10. Elə indi başlayın- qanbatte! Niyyətinizdə nə varsa , onu sabaha saxlamaqla reallığa çevirə bilməzsiniz. Onu artıq edin. Əgər ruhdan düşdüyünüzü hiss etsəniz, dərhal xatırlayın: Qanbatte!!! Bəzən kənara çəkilmək, hadisələrə kənardan baxmaq lazım gəlir. Bəzən çantamızı yerə qoyub dərindən nəfəs almaq və oturaraq irəliyə baxmaq və yol seçməyimiz lazımdır. Dayanmağı öyrənin. Bir aktyorun da dediyi kimi: Faciə+Zaman= Komediya Gülümsəyin, kitabla qalın və hər şeyə inad davam edin.
Felsefe-Düşünce
Qanbatte!Albert Liberman · Teas Press · 202432 okunma