Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Jasminsrk

Jasminsrk
@Jasminsrk
Hemşire
Bakü
9 okur puanı
Eylül 2017 tarihinde katıldı
256 syf.
10/10 puan verdi
·
Beğendi
Uzun zaman önce severek okuduğum ve kısa sürede bitirdiğim bir kitap. Zaten Agatha gibi bir yazardan da böyle müthiş bir kitap beklenilirdi. Herkesin düşünmeden okuya bileceği muhteşem bir kitap. Mutlaka bir göz atın derim.
Doğu Ekspresinde Cinayet
Doğu Ekspresinde CinayetAgatha Christie · Altın Kitaplar · 201925,9bin okunma
Reklam
352 syf.
10/10 puan verdi
·
Beğendi
1984
1984George Orwell
8.6/10 · 166,1bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
Jasminsrk
@Jasminsrk·Bir kitabı okumayı düşünüyor
Alacakaranlık
AlacakaranlıkStephenie Meyer
7.9/10 · 24,4bin okunma
211 syf.
7/10 puan verdi
·
Beğendi
Bir həftədən çox olar ki, bu kitabı oxuyub bitirdim. Yalnız indi rəy bildirmək üçün şans düşdü əlimə. Demək, kitabda Con Maksvel Kutzee'nin 4 romanı yer alır: 1.Maykl K.-nın həyatı və zəmanəsi; 2.Rüsvayçılıq; 3.Barbarları gözləyərkən; 4.Gənclik. İçlərində ən çox bəyəndiyim roman "Maykl K.-nın həyatı və zəmanəsi" oldu. Kutzee romanında Mayklın dərisinin rəngi barəsində heç bir məlumat vermir. Oxucu onu qara dərili və yaxud ağ dərili kimi təsəvvür edə bilər. Romanda Maykl zahiri eybəcərliyinə görə cəmiyyətdən təcrid olunmuş şəxsdir. Kutzee'nin ideal qəhrəmanı cəmiyyətə qarşı çıxmır- o, sadəcə kənara çəkilir. O, adi insanı təsəvvürlərdən, tarixdən, mənəviyyatdan kənarda yaşayır. Romanın sonunda Maykl artıq tam insan deyil. O yemir, içmir, yuxu ilə bunların hamısını əvəz edir. Onu soxulcanlarla, həşəratlarla müqayisə edirlər. Kutzee'nin fikrincə, ən aşağı pillədə personajı tam azadlıq gözləyir, bu zaman onun simasında ilahiliyin, müqəddəsliyini əlamətləri daha aydın görünməyə başlayır. Fərdiliyini itirməklə, şəxsiyyət olmaqdan imtina etməklə insan azadlığa nail olur. Bu yazıçı üçün azadlıq bütün arzulardan, istəklərdən, bağlılıqlardan, abstrakt ideyalardan, eləcə də bədənin ehtiyaclarından arınmaqdır.
Michael K. Yaşamı ve Yaşadığı Dönem
Michael K. Yaşamı ve Yaşadığı DönemJ. M. Coetzee · Can Yayınları · 2018280 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab: Conatan Livinqston adlı qağayı. Bir neçə gün öncə oxuyub bitirdiyim daha bir kitab. Riçard Bax yüksək peşəkar bir pilot kimi ömrünü səmada keçirmişdir. Buna görə də yazıçı əsas obraz kimi quşlar sinfinə müraciət etmişdir. Eserdə digər quşlar tənbəllik edərkən, dənizə atılan qida tullantıları ilə özlərini doyurarkən Conatan Livinqston adlı qağayı min illərdən bəri qağayı cəmiyyətində formalaşmış və həyat tərzinə çevrilmiş bu ətalətlə barışa bilmir. Qanadlar qarın doyurmaq üçün deyil, uçmaq üçündür deyən gənc Conatan daha böyük məqsədlərə can atır. Bu yolda o, ağır sınaqlardan keçməli olur. Dəstədən qovulur. Hətta valideynləri də ondan üz döndərir. Lakin heç bir şey onun əzmini qıra bilmir. Bu kitab sadəcə möhtəşəmdir Kitabda da deyildiyi kimi bundan sonra dəniz sahilində qağayı görəndə Conatanı xatırlayacaqsınız. Çox çox çox sevdiyim əsərlərdən biri oldu. Sonda Conatan Livinqstona yazığım gəlsə də onun üçün yazılan həyat gerçək həyatın bir parçasıdır. Hərkəs və hər şey bir zaman unudulmağa başlanır. Səhərlər ətrafı aydınladan günəş gecələr unudulmağa məhkumdur...
Martı Jonathan Livingston
Martı Jonathan LivingstonRichard Bach · Epsilon Yayınları · 201167,2bin okunma
456 syf.
2/10 puan verdi
Bu gün isə Jojo Moyesin "Səndən sonra mən" romanını oxudum. Eger "Senden öncə mən" romanını oxumusunuzsa, filmini izləmisinizsə o zaman sizə "Səndən sonra mən" romanını oxumağı bir o qədər də məsləhət bilməzdim. Çünki "Səndən öncə mən" romanında William Tarynor ilə tanış olub ona aşiq olan Louisa onu fiziki əngəlli olmasına baxmayaraq sevir. Böyük sevgi hekayəsi yaşayan aşiqlərin tək problemi Williamın intihar etmək arzusu olur. Başından aşağı bütün bədəni iflic olan oğlan qətiyyətlə intihar etmək istəyir. Onu bu fikirdən daşındıra bilməyən Louisa romanın sonunda Williamın ölmək arzusunda ona kömək edir. Hərkəsi göz yaşlarına boğan bu səhnədən sonra düzü mənə maraqlı gəlirdi ki, Louisa William öldükdən sonra necə bir həyat yaşayır. Buna görə də "Səndən sonra mən" romanını yenidən oxumağa başladım. Və eynilə gözlədiyim kimi Louisa Williamın ölümündən sonra psixoloji cəhətdən çox əziyyət çəkir. Evvəllər şən, həyat dolu olan Louisa artıq demək olar ki, gülmür, əylənmir və yaşamırdı. Amma bir qədər sonra o, yenidən başqa birisinə aşiq olur və başqa birisini sevir. Williamın ölümündən sonra Louisanın başqa birisinə aşiq olması mənim xoşuma gəlmir. Bununla razılaşa bilmirəm. Buna görə də kitabı yarıda saxladım. Çünki əsəblərimin buna tab gətirəcəyinə inanmırdım. Sevdiyi adamla olan məhəbbətini necə unuda bilərdi axı? Nəysə uzun sözün qısası mən "Səndən öncə mən" romanını xatırlayıb hekayələrinin belə bitdiyini zənn edəcəm. Çünki başqa cür alınmır.
Senden Sonra Ben
Senden Sonra BenJojo Moyes · Pegasus · 20166,8bin okunma