Bu kitab demək olar ki, oxuduğum ən gözəl kitab idi. Sənət əsərləri ilə dünyaca məşhur olan Vinsent Van Qoqun iztirablı həyatını, ona əzab verən sevgisini oxucuya çatdırmaq üçün Vinsentin yaşadığı yerlərə gedən, onun gəzdiyi, oturub rəsm çəkdiyi yerlərlə yaxından tanış olan İrvinq Stoun bunu uğurlu bir şəkildə bacarmışdır. Onun həyatı haqqındakı məlumatların böyük bir qismini Vinsentin qardaşı Teo ilə olan yüzlərlə məktublarından əldə etmişdir.
Öncəliklə Londonda sevgisi Ursula tərəfindən rədd olunan Vinsent ailəsinin istəyi ilə Borinaja gedir. Qarşısına oxuyub Vaiz olmaq məqsədi qoyulan Vinsent özünü doğrultmağa çalışır. Lakin uğurlu alınmır. Oxuduğu yerdən ona başqa yerdə vaizlik etmək üçün göndəriş kağızı vermirlər. Ciddi səylərindən sonra o bir kənddə gedir və ordadakı kasıb əhaliyə kitabdan dualar oxumağa başlasa da, sonradan kömürçıxaranların həyatı ilə daha yaxından tanış olmaq üçün onlarla bərabər yaşamağa başlayır. Ağır xəstəliklər onu tamam əldən salır və yavaş-yavaş o əlinə kömür alaraq ilk dəfə cızma-qaralarına başlayır. Borinajda yaşadığı müddətdə xalası qızı olan evli Keyə vurulur. Daha sonra Keydən aldığı "Yox! Heç vaxt! Heç vaxt!" cavabı Vinsenti sarsıdır.
Küçə qadını olan Xristinanı o murdar yaşam tərzindən xilas etmək üçün onunla evlənir. Xristinaya və onun uşaqlarına öz ailəsi kimi can yandıran Vinsent bir müddət sonra kasıblığı səbəbindən Xristina tərəfindən tərk olunur. Onu tək sevən Marqo isə ailəsinin bu münasibətə olan etirazına görə əzabdan özünü zəhərlənməyə çalışır.
Vinsentin yaradıcılığına işıq salan onun qardaşı Teo ilə birlikdə Parisdə yaşadığı illər oldu. Pol Qogen, Russo, Jorc Syöra, Lotrek, Sezan kimi rəssam dostlarından öyrəndiyi çox şeydən sonra o öz yaradıcılıq üslubunu tapmaq üçün Parisdən ayrılıb Arla getməyi qərara alır. Parisdən