İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək.
Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.
Gənclik çağına qədəm qoyan hər bir insan Öz Yolunun necə olduğunu bilir. Bu illərdə hər şey aydındır, hər şey mümkündür, hər şeyə gücün çatır və insanlar həyatda etmək istədiklərini arzulamaqdan qorxmurlar. Lakin zaman keçdikcə , hansısa sirli qüvvələr işə qarışaraq Öz Yolunla getməyin mümkün olmadığını isbatlamağa çalışır.