Kemale

Varlı zülm edib nərə çəkir, yoxsul zülmə məruz qalıb nalə çəkir.
Sayfa 129 - QN·Kitabı okudu
Din
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Məsih hakim və məhkumların, soyğunçu və talan edilənlərin olduğu bir topluma belə xitab etmişdir: " Çıraq yandırılıb tərəzi altına qoyulmamalı, bütün ev əhlinə işıq saçması üçün minarəyə qoyulmalıdır!" ... ev deyərkən bütün dünyanı nəzərdə tutmuşdur.
Sayfa 125 - QN·Kitabı okudu
Din
Bir gün İsa Məsih toplaşdığı bir yığıncaqda əyanları, kahinləri, münafiqləri, rahibləri, əmirləri rüsvay edəcək nitqini bu sözlərlə ifadə etmişdir: " Onlar ağır yükləri xalqın kürəyinə qoyurlar, amma özləri barmaqlarını belə tərpətmirlər. Gördükləri bütün işlərin məqsədi xalqın diqqətini özlərinə cəlb etməkdir. Əmmamələrini nümayiş etdirirlər, paltarlarının ətəklərini uzadırlar, ziyafətlərdə ən yaxşı mütəkkələri, məclislərdə məclisin yuxarı başını istəyirlər, küçələrdə, bazarlarda salam və hörmətlə qarşılanmalarını umurlar. " Xalqın əzab əziyyətinin, zəhmətinin bəhrəsini yedikləri, insanları çörək haqqından məhrum etdikləri üçün Məsih bu riyakar və ikiüzlülər dəstəsinin ibadət və duasını qəbul etmir. Və belə deyir: " Ey riyakar ağıl sahibləri, vay olsun sizə ki, dul qadınların evlərini talayırsınız, sadə xalqı aldatmaq üçün ibadətlərinizi uzadırsınız". Məsih dul qadınların evləri deyərkən ac, yoxsul və ehtiyaclı insanların toplaşdıqları evləri nəzərdə tutmuşdur.
Sayfa 122 - QN·Kitabı okudu
Din
"İnsan yalnız çörək üçün yaşamır" İsa Məsih
Sayfa 120 - QN·Kitabı okudu
Din
Mənim həyatım mənim ibadətimdir.
Sayfa 119 - QN·Kitabı okudu
Din