Lakin yenə də bu həyatı dözülən edəcək bəzi şeylər var. Bunların çoxu incəsənətlə bağlıdır. Məhz incəsənət daim həyatda qalmaq və istəklərimizi yerinə yetirmək uğrunda mübarizədə bizə bir anlıq dayanıb nəfəs dərmək imkanı verir.
Panqlos baş verən bütün bəlaların onların məhz bu xoşbəxt sonluğa gəlmələri naminə baş verdiyini söyləməyə başlayanda Kandid, sadəcə, "Hər şey yaxşıdır və biz, sadəcə, bağımızı becərməliyik",- deyir.
Kiminsə öz sözünün üstündə duracağına yalnız həmin adam sözünün üstündə durmayacağı təqdirdə nəticələrin onun üçün pis olacağından qorxduğu halda güvənə bilərsiniz. Əks halda, sadəcə, güvənmək aşkar təhlükədir.